4.5. Hesablarda ikili yazılış və onun tətbiqi qaydaları
Hesablardan baş vermiş təsərrüfat əməliyyatlarını uçota almaq üçün istifadə olunur. Hesabların sxeminə diqqət etsək görərik ki, onun iki tərəfi vardır. Hesabın bir tərəfində onun məbləğini artıran əməliyyatlar, digər tərəfində isə onun məbləğini azaldan əməliyyatlar uçota alınır. Hər bir daimi hesab adətən ayın 1-i tarixinə açılır və ilkin olaraq hesabda hesabat dövrünün əvvəlinə olan uçot obyektinin mövcudluğu yazılır. Bu məbləğ ilk qalıq (ilk saldo, onu S1 ilə işarə etmək olar) adlanır. Sonra isə hesablarda ardıcıllıqla onlarda uçota alınan obyektlərdəki dəyişiklikləri əks etdirən bütün əməliyyatlar əks etdirilir. Hesabat dövrünün sonunda daimi hesablar üzrə son qalıq (son saldo, onu S2 ilə işarə etmək olar) hesablanır ki, bu da həmin uçot obyektinin hesabat dövrünün sonuna olan mövcudluğunu əks etdirir.
Aktivlərin tərkibi və yerləşməsini uçota alan hesablar aktiv hesablar, onlar üzərində mülkiyyət hüqüqlarını uçota alan hesablar isə passiv hesablar adlanır.
Dostları ilə paylaş: |