Əməl 4. Təşkilat dekabr ayında satıcı təşkilatdan almış olduğu avadanlığa görə yaranmış kreditor borcunun bir hissəsini, məsələn, 100 000 manatını ödəyir. Borcun qaytarılması zamanı Aktivlər üzrə azalan hesab “Pul vəsaiti” hesabı,Öhdəliklər üzrə azalan hesab isə “Kreditor borcu” hesabı olacaqdır. Əməliyyat T hesablarında və Elementlər üzrə aşağıdakı kimi əks etdiriləcəkdir:
Dt “Kreditor borcu” hesabı -100 000 man.,
Kt “Pul vəsaiti” hesabı -100 000 man.,
Aktivlər = Xüsusi kapital + Öhdəliklər
492 500 = 250 000 + 242 500
Bərabərlikdən göründüyü kimi əməliyyatın təsiri nəticəsində aktivlər 100 000 manat məbləğində, öhdəliklər (kreditor borcu) də həmin məbləğ qədər azalır, bu zaman balansın bərabərliyi pozulmur.