Əməl 2. Fərz edək ki, təşkilatın nağd pul vəsaitləri olmadığından o satıcı təşkilatdan kommersiya krediti şərtilə 350 000 man. məbləğində avadanlıq alır. Bu zaman Aktivlər üzrə “Avadanlıqlar” hesabı, Öhdəliklər üzrə isə “Kreditor borcu” heabı artacaqdır.
Əməliyyat T hesablarında və Elementlər üzrə aşağıdakı kimi əks etdiriləcəkdir:
Dt “Avadanlıqlar” hesabıl-350 000 man.,
KT “Krediror borcu” hesabı-350 000 man.
Aktivlər = Xüsusi kapital + Öhdəliklər
600 000 = 250 000 + 350 000
Aktivlərin, Kapital və Öhdəliklərin azalması ( istifadəsi, təsərrüfatdan çıxması, bölüşdürülməsi/ödənilməsi)
Əgər əməliyyat aktivlərin, kapital və öhdəliklərin hər hansı birinin azalmasına səbəb olarsa, buna aktivlərin və öhdəliklərin azalması əməliyyatı deyilir. Bu əməliyyat zamanı AKTİV və PASSİV eni məbləğdə azalır və nəticədə balans pozulmur.
Əməl 3.Təşkilat noyabr ayında 7500 man. aylıq icarə haqqı ödəyir. Bu zaman Aktivlər üzrə azalan hesab “Pul vəsaiti”, bununla eyni zamanda Öhdəliklər üzrə azalan hesab isə “İcarə haqqı” hesabı olacaqdır. Həmin əməliyyat T hesablarında və Elementlər üzrə aşağıdakı kimi əks etdiriləcəkdir: