Təşkilatlarda baş verən biznes əməliyyatları ikili və qarşılıqlı əlaqəyə malikdirlər. Buna görə də həmin əməliyyatları hesablarda əks etdirmək üçün ikili yazılış metodundan istifadə olunur. Bu zaman baş vermiş əməliyyatın məbləği hesablarda iki dəfə - hər hansı bir hesabın debetində, digər hər hansı bir hesabın isə kreditinə yazılır. Beləliklə bu iki hesab arasında qarşılıqlı əlaqə - müxabirələşmə yaranır.