4.4. Hesablar planı, onun məzmunu və quruluşu
Cari mühasibat uçotunda istifadə olunan hesabların müəyyən iqtisadi qruplar üzrə sistemləşdirilmiş və şərti şifrələrlə nömrələnmiş siyahısına Hesablar planı deyilir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya təşkilatlarında 30 yanvar 2017-ci ildə Maliyyə Nazirliyi tərəfindən olunmüş Qaydalar üzrə nəzərdə tutulan Hesablar planından istifadə olunur. İstifadə olunan Hesablar planının məntiqi əsasını aşağıdakı maliyyə bərabərliyi təşkil eir:
Aktivlər = Öhdəliklər + Kapital +Gəlirlər-Xərclər
Mühasibat uçotunun hesablar planını məzmununa gəldikdə orada əks etdirilən hesabar IX bölmədə ibarət olmaqla aşağıdakı adlar və şifrələrlə təqdim edilmişdir.
I bölmə: Uzunmüddətli aktivlər (101-193);
II bölmə: Qısamüddətli aktivlər (201-245);
III bölmə: Kapital (301-344);
IV bölmə: Uzunmüddətli aktivlər (401-445);
V bölmə: Qısamüddətli aktivlə (501-55);
VI bölmə: Gəlirlər (601-641);
VII bölmə: Xərclər (701-761);
VIII bölmə: Mənfəətlər(zərərlər) (801-811);
IX bölmə: Mənfəət vergisi (902) ;
Hesablar planının quruluşuna gəldikdə, o, aşağıdakı 4 sütundan ibarətdir:
Maliyyə hesabatının bölməsi və maddəsi;
Sintetik(baş) hesabların nömrəsi(şifrələri);
Tövsiyyə edilən subhesabların nömrəsi;
Tövsiyyə edilən sintetik və subhesabların adları.
Dostları ilə paylaş: |