Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə49/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   45   46   47   48   49   50   51   52   ...   124
Maliyyə mühazirələr hamısı(1)

4.3. Sintetik və analitik hesablar

Mühasibat uçotu hesabları onlarda uçota alınan əməliyyatlar haqqında informasiyanın həcmindən asılı olaraq 2 yerə:



  1. sintetik (ümumi)

  2. analitik (daha geniş, detallaşdırımış) hesablara bölünür.

Sintetik hesablar təşkilatın iqtisadi cəhətdən eyni qrupa daxil olan aktivləri,kapitalı, öhdəlikləri, gəlirləri və xərcləri, onlarların hərəkətində baş verən əməliyyatları üzrə məlumatları/informasiyanı ümumi şəkildə uçota alan hesablardır. Bu hesablarda uçot yalnız dəyər ifadəsində aparılır. Sintetik hesablar balans hesabları olmaqla birinci dərəcəli hesablardır. Sintetik hesablara 111 ”Torpaq,tikili və avadanlıqlar”, 201 ”Material ehtiyatları”, 221 ”Kassa”, 223 “Bank hesablaşma hesabları”, 301 “Nizamnamə (nominal) kapitalı” və s. misal göstərmək olar. Analitik hesablar o hesablardır ki, onlar sintetik hesabların məlumatlarını dəqiqləşdirir və hissələrinə ayırır. Analitik hesablarda uçot pul ölçüsü və həm də natural ölçüdən istifadə olunmaqla aparılır. Məsələn, 205 “Mallar” hesabı təkcə malların ümumi dəyərini deyil, həm də onların hər bir növü və yaxud qrupu üzrə, habelə onların yerləşmə yerləri üzrə mövcudluğu haqda informasiyanı əks etdirir. Sintetik və analitik hesablar arasında sıx qarşılıqlı əlaqə vardır ki, bu əlaqələr aşağıdakı kimi təzahür edir:

  1. sintetik hesablarda və onların tərkibində açılmış analitik hesablarda əməliyyatların yazılması eyni tərəfdə aparılır.

  2. sintetik hesablarda əməliyyatlar ümumi məbləğdə, analitik hesablarda isə hissəvi (yekunda ümumi məbləği təşkil edən) məbləğdə aparılır.

  3. sintetik hesabların ilk qalığı onların tərkibində açılmış analitik hesabların ilk qalıqlarının cəminə bərabər olmalıdır.

  4. sintetik hesabların dövriyyələri onların tərkibində açılmış analitik hesabların dövriyyələrinin ümumi yekununa bərabər olmalıdır.

  5. sintetik hesabların son qalıqları onların tərkibində açılmış analitik hesabların

son qalıqlarının ümumi yekununa bərabər olmalıdır.

Uçot təcrübəsində sintetik və analitik hesablardan başqa subhesablardan da istifadə olunur. Subhesablar sintetik və analitik hesablar arasında əlaqələndirici rolunu oynayır və onlardan sintetik hesablar daxilində həmcins analitik hesabların qruplaşdırılması üçün istifadə olunur. Cari uçotda təkrardan qaçmaq üçün uçot ancaq subhesablar üzrə aparılır ki, bu zaman sintetik hesablar üzrə məlumatlar subhesabların məlumatlarını toplamaqla əldə olunur. Subhesabların miqdarı Hesablar planında məhduddur, analitik hesabların miqdarı isə təşkilat tərəfindən sərbəst müəyyən edilir.Təşkilat lazım gəldiyiHesablar planında nəzərdə tutulduğundan əlavə subhesab yaxud subhesablar aça bilər.

Təşkilatın malik olduğu elementlər,onların mövcudluğu və hərəkəti haqqında məlumatların/informasiyanın ümumiləşdirilmiş formada sintetik hesablarda əks etdirilməsi sintetik uçot, onların hər bir növü, obyekti üzrə məlumatların sintetik hesab daxilində daha dəqiq və detallaşdırılmış şəkildə əks etdirilməsi isə analitik uçot adlanır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin