Dt Hesabın adı Kt
Bu forma özündə 3 elementi - hesabın adını, sol tərəfini ( debet ) və sağ tərəfini (kredit ) birləşdirir. Uçot təcrübəsində hesabın açılması və yazılışların aparılması zamanı debet və kredit terminləri qısaldılmış şəkildə uyğun olaraq Dt və Kt kimi istifadə edilir. Debet və kredit terminləri sadə texniki terminlər rolunu oynayır. Sol tərəfdə edilən hər bir yazılış debetləşdirilmə, sağ tərəfdə edilən yazılış isə kreditləşdirilmə adlanır.
4.2. Hesabların təsnifatı
Təcrübədə mühasibat ucotunda istifadə olunan hesablar iki istiqamətdə qruplaşdırılır:
iqtisadi məzmununa göra;
təyinatı va quruluşuna görə;
Hesabların iqtisadi məzmunu üzrə təsnifatı mühasibat ucotunun bütün hesablar sisteminin qurulmasının əsasını təşkil edir və hesabların təsnifləşdirilməsi üçün mühüm əlamət hesab edilir. Hesabların iqtisadi məzmunu üzrə təsnifatı həmin hər bir hesabda uçota alınan eleməntə aid obyektin xarakteri ilə müəyyən olunur. Hər bir hesab onda uçota alınan obyektin iqtisadi məzmununa uygun adlara malik olur. Hesablar iqtisadi məzmununa görə aşağıdakı qruplara bölunür:
Aktivləri uçota alan hesablar;
Kapitalı uçota alan hesablar;
Öhdəlikləri uçota alan hesablar;
Gəlirləri uçota alan hesablar; və
Xərcləri uçota alan hesablar.
Aktivləri uçota alan hesablar özləri də onlarda uçota alınan obyektər kimi müəyyən qruplara va yarımqruplara bölünürlər.
Uzunmüddəti aktivləri uçota almaq üçün nəzərdə tutulan hesablar. Onlar da öz növbəsində qeyri-maddi aktivləri, torpaq, tikili və avadanlıqları, daşınmaz əmlaka investisiyaları, bioloji aktivləri, təbii sərvətləri, uzunmüddətli debitor borclarını, sair uzunmüddətli maliyyə aktivlərini və sair uzunmüddətli aktivləri uçota alan hesablara bölünür.Həmin hesablara 101, 111, 113, 121, 131,171,174, 181,191 və s. saylı hesabları misal göstərmək olar.
Qısamüddətli aktivləri uçota almaq üçün nəzərdə tutulan hesablar. Onlar da öz növbəsində ehtiyatları, qısamüddətli debitor borclarını, pul vəsaitləri və onların ekvivaentlərini, sair qısamüddətli maliyyə aktivlərini və sair qısamüddətli aktivləri uçota alan hesablara bölünür. Bu qrupa daxil olan hesablara 201, 204, 205, 211, 214, 221, 223, 241 və s. hesabları misal göstərmək olar.
Kapitalı uçota alan hesablar ödənilmiş(nominal) kapitalı, emissiya gəlirlərini, geri alınmış kapitalı, kapital ehtiyatlarıni və bölüşdürülməmiş mənfəəti(ödənilməmiş zərəri) uçota alan hesablara bolünür. Bunlara 301, 311,
331, 334 və digər hesablar aiddir.
Öhdəlikləri uçota alan hesablar uzunmüddətli və qısamüddətli öhdəlikləri uçota alan hesablara bölünür. Uzunmüddətli öhdəlikləri uçota alan hesablara 401, 402, 404 405, 431,432, 442, 433, 444 nömrəli, qısamüddətli öhdəlikləri uçota alan hesablara 501, 502, 504, 521, 522, 531, 533, 542, 544 və s. hesablar aiddir.
Gəlirləri uçota alan hesablara əsas əməliyyat gəlirlərini, sair əməliyyat gəlirlərini, fəaliyyətin dayandırılmasından gəlirləri, maliyyə gəlirlərini və fövqəladə gəlirləri uçota alan hesablar aid edilir. Həmin hesablara 601, 611, 621, 631 və 641 nömrəli hesablar aid edilir.
Xərcləri uçota alan hesablar satışın maya dəyərini, kommersiya xərclərini, inzibatı xərcləri, sair əməliyyat xərclərini, fəaliyyətin dayandırılmasından zərərləri və maliyyə xərclərini uçota aln hesablara bölünür. Onlara 701, 711, 721, 731, 741 və 751 nömrəli hesablar daxildir.
Dostları ilə paylaş: |