Kontraktiv hesablar balansın aktivində olan, lakin özunü konkret aktiv uçota alan hesablara qarşı aparan hesablardır ki, bunlara yığılmış amortizasiya (102,112, 122 va s), 208 “Ehtiyatların dəyərinin azalmasına görə ehtiyatlar”, 218 “Şübhəli borclar üzrə güzəştlər” hesabları və s. aiddir.
Kontrpassiv hesablar dedikdə balansın passivindəki hər hansı balans maddəsini uçota alan hesablara qarşı duran hesablar başa düşülür. Bunlara satışdan gəlir hesabına qarşı duran və onu azaldan 602 “Satılmış malların qaytarılması və ucuzlaşdırılması”, 603 “Verilmis güzəştlər” hesablarını və s. misal göstərmək olar. Bu hesabı əks gəlir hesabı da adlandırmaq olar.