Hesabların müxabirələşməsi dedikdə - əməliyyatların təsirinə mərüz qalan iki hesabin bir-biri ilə görüşməsi və nəticədə bu hesabların artıb-azalması başa düşülür.
İkili yazılış (qeydiyyat) - hər hansı bir əməliyyatın qarşılıqlı əlaqədə olan iki müxtəlif hesabda eyni zamanda və eyni məbləğdə - bir hesabın debetində və digər hesabın kreditində əks etdirilməsi üsuludur. Əməliyyatın məbləğini göstərməklə hesabların müxabirələşməsi mühasibat yazılışı adlanır. Mühasibat yazılışları (müxabirələşmə) sadə və mürəkkəb olmaqla iki yerə ayrılır.