Mühasibat uçotu hesabları tayinatına görə asagıdakı kimi təsnifləşdirilir:
1) daimi (əsas) hesablar;
2) müvəqqəti (köməkçi) hesablar;
Daimi hesablardan müəssisələrin fəaliyyətinin əsasını təşkil edən müəssisə əmlakının - uzunmüddətli və qısamüddətli aktivlərin, kapital və öhdəliklərin mövcudluğu və hərəkətinin uçotunu aparmaq üçün istifadə olunur.
Müvəqqəti hesablar isə Mənfəət və zərər haqda hesabatın elementlərini- gəlirləri, xərcləri və onların nəticəsi kimi formalaşan maliyyə nəticələrini uçota alan hesablardır.
Quruluşuna görə hesablar aktiv (101,111 və s.), passiv (301,401,501 və s.), aktiv – passiv (801), kontraktiv (112, 102, və s.) və kontrpassiv (602, 603) hesablara bölunur.
Aktiv hesablara balansın aktivindəki balans maddələrini uçota alan hesablar aid edilir ki, onlara uzunmüddətli va qısamüddətli aktivləri ucota alan hesablar (101, 102, 121, 171, 201, 204, 205, 211,214,221,223 və s.) s. aid edilir.
Passiv hesablar balansın passivində xüsusi kapital və öhdəlikləri ucota almaq üçün nəzərdə tutulan hesablardır. Onlara 301, 321, 331, 401, 501, 404, 504, 521, 531, 533, 442, va s. hesabları aid etmək olar.
Dostları ilə paylaş: |