Mövzu 5. Biznes əməliyytaları və hadisələri üzrə məlumatların
sənədləşdirilməsi, qeydiyyatı və ümumuləşdirilməsi
Biznes əməliyyatlarını iqtisadi məzmununa görə aşağıdakı əsas növlərə ayırmaq olar:
satış əməliyyatları;
satınalma əməliyyatları;
ödəniş əməliyyatları:
mədaxillər və sair əməliyyatları.
Satış əməliyyatlarıtəşkilatın adi fəaliyyətindən yaranır. Malların, məhsul, iş və xidmətlərin satışından yaranan əsas əməliyyat gəlirləri, həmçinin dövriyyə də adlandırılır. Bundan başqa satış əməliyyatlarına əmlakın satışını, valyuta mübadiləsini və digər əməliyyatları aid etmək olar. Məlumdur ki, satış əməliyyatlarının 2 növü vardır:
Pul vəsaitləri ilə satışlar. Qeyd edilən satışlar üzrə ödənişlər dərhal alınır. Bu zaman satıcı tərəfindən satış hesab-faktura yazılır.
Kreditlə satışlar. Kreditlə satış zamanı alıcı ödəməni gələcəkdə ödəməyi üzərinə götürür və onunla satıcı arasında debitor və kreditor borcu əlaqələri yaranır. Kreditlə satışlar üzrə ödəniş satıcının təqdim etdiyi hesab- faktura əsasında həyata keçirilir.
Satımalmalar təşkilatın adi fəaliyyətinin ən mühüm əməliyyatlarına daxildir. Satınalmalar bir növ satışın əksidir, yəni gəlir əldə etmək üçün çəkilən əsas birbaşa xərclərdir.Satınalmaların da iki növü var.
Pul vəsaitləri ilə satınalmalar. Belə satınalmalar üzrə ödənişlər dərhal həyat keçirilir. Bu zaman satıcı tərəfindən satış hesab-fakturası hazırlanır.
Kreditlə satınalmalar. Kreditlə satınalmalar zamanı alıcı ödənişi dərhal həyatakeçirmir. Bu da kreditor borcunun yaranması ilə nəticələnir.