Dt “Kreditor borcu”hesabı - 42 500 man.,
Kt “Əvəzsiz daxilolmalar üzrə gəlirlər” hesabı-42 500 man.
Aktivlər = Xüsusi kapital + Öhdəliklər
492 500 = 292 500 + 200 000
Görundüyü kimi, əməliyyatları hesablarda əks etdirmək üçün ikili qeydiyyat üsulundan istifadə edilir və ikili qeydiyyatın əsasında müəssisənin maliyyə bərabərliyi dayanır. Beləliklə, bütün əməliyyatların hesablara qeyd edildikdən sonra hesablar üzrə ümumiləşdirmə və qruplaşdırma aparılır və hesabların saldosu(son qalığı)müəyyən edilir və ona əsasən maliyyə hesabatları tərtib edilir. Deməli, mühasibat uçotu heabları ilə balans (maliyyə bərabərliyi) arasında bilavasitə əlaqə vardır: hesablar ilkin olaraq açılarkən ilk qalıqlar əvvəlki dövrün sonuna olan Balansdan götürülür və hesabat dövrüenün sonuna Balans tərtib edilərkən hesabların məlumatlarından istifadə olunur.
Dostları ilə paylaş: |