Misal.1.Fərz edək ki, uzunmüddətli aktivin ilk dəyəri 62 000 man, faydalı istifadə müddəti 3 il, ləğetmə dəyəri isə 2 000 manat təşkil edir. Bu halda hesablanmış illik amortizasiya məbləği 20 000 manat təşkil edəcəkdir. Belə olan halda aktivə hesablanmış amortizasiya məbləğinə düzəliş qeydi uçotda aşağıdakı qaydada əks etdiriiməlidir:
Debet“Amortizasiya xərci” hesabı-20 000 man.,
Kreditt“Yığılmış amortizasiya” hesabı -2000 man.
Qısamüddətli aktivlərə də uzun müddətli aktivlərə kimi düzəliş qeydləri eilməlidir.
Misal.2 Fərz edək ki, təşkilat ilin ortasında bir il üçün ofiz ləvazimatını 3 400 manata alır. İlin sonunda məlum olur ki, həmin ləvazimatların yarısı itifadə olunmamış qalmışdır. Bu zaman uçotda düzəliş qeydi aşağıdakı yazılış iləəks etdiriləcəkdir:
Debet“İnzibati xərclər” hesabı– 1 700 man.,
Kredit“Ofis ləvazimatı” hesabı-1 700 man.
Debitor borcu üzrə düzəliş qeydləri müqavilə və ya şifahi razılaşma əssında nəzərdə tutulan xidmətin hissə-hissə göndərilməsi və yaxud malların hissə-hissə göndərilməsi zamanı həyata keçirilir.