Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Düzəliş qeydləri, onların mahiyyəti və növləri



Yüklə 1,21 Mb.
səhifə72/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   68   69   70   71   72   73   74   75   ...   124
Maliyyə mühazirələr hamısı(1)

5.6. Düzəliş qeydləri, onların mahiyyəti və növləri

Düzəliş qeydləri hesabat dövründə baş vermiş əməliyyatalr üzrə tərtib edilmiş əsas mühasibat qeydlərindən sonra tərtib edillən qeydlərdir.

Düzəliş qeydləri elə qeydlərdir ki, onlar hesablama metodunun tətbiqi ilə əlaqədar tələb olunur və həmin əməliyyatlar müəsssədə tədricən baş verdiyi üçün onların dəqiq hesablamaq və ya sənədləşdirmək mümkün olmur.Ona görə də belə əməliyyatlar yalnız hesabat dövrünün sonunda qeyd olunur və onlar əsas əməliyyatlar kimi əməliyyat jurnalında və Baş kitabda qeyd edilir. Baş vermə ardıcıllığına görə düşəliş qeydlərini aşağıdaki kimi qruplaşdırmaq olar:


  1. aktivlər üzrə düzəliş qeydləri;

  2. öhdəliklər üzrə düzəliş qeydləri;

Aktivlər üzrə düzəliş qeydlərini aşağıdakı 4 qrupa ayırmaq olar;

  1. Uzunmüddətliaktivlərə edilən düzəlişlər. Məsəl, aktivlərə amortizasiyanın hesablanması;

  2. Qısa müddətli aktivlərə edilən düzəlişlər. Məs.ofis ləvazimatının və s. mal-material dəyərlilərinin istifadəsi;

  3. Debitor borcları üzrə düzəlişlər, Məsələn kreditlə tədricən göstərilmiş xidmətlərin tanınması və debitor borclarının ümüdsz borclara silinməsi;

  4. Əvvəlcədən edilmiş ödəmələrə düzəlişlər. Məsələn, əvəlcədən ödənilmiş icarə haqqı, illik abunə haqqı, vergi üzrə ödəmələr və s.

Öhdəliklər üzrə düzəliş qeydlərini də 4 qrupa ayırmaq olar;

  1. Tədricən(hissə-hissə) əldə edilən mal, iş və xidmətə görə edilən düzəliş qeydləri;

  2. Qarşılığı əvvəkcdən ödənilmiş(qazanılmamış gəlirlər) mal və xidmətin hissə -hissə təqdim edilməsi üzrə düzəlişlər;

  3. Tədricən yaranan faiz, zəmanət və sair öhdəliklərin yaranması üzrə üzrə düzəlişlərin qeydiyyatı;

  4. Öhdəliklərin hissə-hissə bağışlanması, yaxud silinməsi üzrə düzəliş qeydləri.

Indi isə uzun və qısamüddətli aktivlərə ediln düzəliş qeydlərinin uçotda əks etdirilməsinə diqqət yetirək. Hesablama metodunun düzəliş qeydlərinin tətbiqi nəticəsində uzunmüddətli və qısamüddətli aktivləlrin alındığı zaman çəkilmiş məsrəflərin birbşa xərclərə silinməsi mümkün deyil. Ona görə ki, aktivin istifadə olunması hesabat dövründə hissə-hissə (tədricən) baş verir. i

İstehlak etdikdə, yaxud satıldıqda, yaxud dövriyyədən silindikdə onları xərclərə silmək olarki, bu da tədricən baş verir.

Köhnəlmə(amortizasiya) aktivin faydalı istifadə müddətində öz dəyərini hissə-hissə xərclərə silinməsi (mənsulun maya dəyərinə daxil edilməsi)prosesidir. Amortizasiyanın tam dəqiqliklə hesablanması mümkün deyil. Məhz buna görə də uçotda bu müəyyən metodlar tətbiq etməklə aparılır.

Düz xətt(bərabər paylanma)metodu ilə amortizasiyanın hesablanması aşağıdakı düsturla hesablanır:




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin