Misal 3.Təşkilat tərəfindənA şirkəti ilə bağlanmış müqaviləyə əsasən ilin sonuna qədər təşkilat ona 30 000 manat həcmində xidmət göstərilməlidir. Hesabat dövrünün sonuna məlum olur ki, təşkilat nəzərdə tutulan xidmətin yalnız 60 faizini göstərilmişdir. Ödənişin növbəti ildə olacağı nəzərdə tutulur. Bu halda aşağıdakı düzəliş qeydi aparılacaqdır:
Debet “Debitor borcu” hesabı-15 000 man.,
Kredit“Gəlirlər” hesabı– 15 000 man.
Bu yazılış təşkilat tərəfindən faktiki olaraq qazanılmış, lakin pul vəsaitlərinin daxil olmadığı gəlirlərə düzəliş yazılışıdır.
Əvvəlcədən ödəmələrə rəğmən düzəlişlərə- əvvəlcədən ödənilmiş sığorta xərcləri, illik abunə yazılışları, əvvəlcədən ödənilmiş icarə haqqları üzrə düzəlişləri aid etmək olar.
Misal 4.Təşkilat bağlanmış müqaviləyə görə illik sığorta haqqını hər il əvvəlcədən 2 000 manat həcmində 1 iyul tarixində ödəyir. Məlum olmuşdur ki 31 dekabr tarixinə 6 aylıq sığorta xidməti əldə olunmayıb. Onda əvvəlcədən köçürülmüş sığorta məbləği üzrə jurnalda düzıəliş qeydi aşağıdakı yazılışla tanınacaqdır.
Debet“Sığorta xərci” hesabı -1 000 man.,
Kredit“Əvvəlcədən ödənilmiş sığota” hesabı–1 000 man.
Məlum olduğu kimi , müqavilənin şərtlərinə əsasən aparılmış əməliyyatlar nəticəsində bir tərəf üçün debitor, digət tərəf üçün kreditor borcu(öhdəlik) yaranır.Bu zaman mal və xidmətlərin hissə-hissə qəbul(istehlak) edilməsi də öz əksini uçot və hesabatda tapmalıdır.Bu cür qeydlər xərclərin hesablanması üzrə düzəliş edilir.
Misal 5. Bağlanmış müqaviləyə görə ilin sonuna qədər təşkilata 6 000 manatlıq hüquq xidmət göstərilməlidir. Hesabat dövrünün sonuna məlum olur ki, təşkilat üçün nəzərdə tutulan xidmətin 50 faizi yerinə yetirilib. Göstərilmiş hüquqixidmət üzrə ödəniş növbəti ildə aparılacaqdır. Hesablama metoduna görə ödəniş olmasa belə xidmtin əldə edilən hissəsi xərc kimi tanınacaq, buna görə də düzəliş qeydi aparılmalıdır:
Debet“Xərc” hesabı - 3 000 man.,
Kredit“Kreditor borcu” hesabı - 3 000 man.
Hesabat dövründə öhdəliklərin artması ilə yanaşı azalması da baş verə bilər. Bu cür əməliyyatlara misal olaraq qazanılmamış gəlirin azalmasını göstərmək olar. Əgər təşkilat xidmətin göstərilməsindən, yaxud məhsulun catdırılmasından əvvəl avans şəklində pul almışsa, bu cür gəlir qazanılmamış gəlir hesab olunur. Həmin gəlir üzrə jurnalda aşağıdakıkimi düzəliş qeydi aparılır:
Debet “Pul vəsaiti” hesabı;
Kredit“Öhdəlik” hesabı.
Hesabat dövründə nəzərdə tutulan məhsul(xidmət) alıcı tərəfindən, tanındıqca qazanılmamış gəlir qazanılmış gəlirə çevrilir.Onda düzəliş qeydi aşağıdakö kimi olacaqdır:
Debett “Öhdəlik” hesabı;
Kredit “Gəlir”hesabı.
Dostları ilə paylaş: |