İLKİN QİYMƏTLƏNDİRİLMƏ
TTA obyekti hansı ki, aktiv kimi tanına bilər, maya dəyəri ilə qiymətləndirilməlidir.
MHBS (İAS) 16-ya əsasən TTA obyektinin maya dəyərinə aşağıdakı məsrəflər daxil edilir:
satınalma qiyməti, kömrük rüsumları, satış üçün əvəzləşdirilməyən vergilər (ticarət güzəştləri çıxılmaqla);
aktivin lazımi yerə gətirilməsi və onun təşkilat rəhbərliyinin niyyətinə uyğun olaraq fəaliyyət göstərməsini təmin etmək üçün hazır vəziyyətəgətirilməsi ilə əlaqədar istənilən birbaşa məsrəflər;
TTA obyektlərinin sökülməsi və tutduğu ərazidən (sahədən) çıxarılması və təbii resrsların bərpası ilə əlaqədar məsrəflərin ilkin qiymətləndirilmiş məbləği (MHBS (İAS), maddə 16).
Birbaşa məsrəflərə aiddir:
TTA obyektinin tikintisi yaxud əldə edilməsi ilə birbaşa əlaqəli olan işçilərin mükafatlandırılmasına çəkilmiş ödəniş xərcləri (MHBS 19-a əsasən);
Meydançanın hazırlanmasına çəkilən məsrəflər;
Daşınmaya və boşaldılmaya çəkilən ilkin məsrəflər;
Quraşdırılmaya və yığılmaya çəkilən məsrəflər;
Aktivin lazımi qaydada işləməsinin yoxlanılmasına çəkilən məsrəflər (aktivin lazımi yerə gətirilməsivə lazımi vəziyyətə gətirilməsi prosesi zamanı istehsal olunan istənilən obyektlərin (məsələn, nümunələrin) satışında xalis gəlir çıxılmaqla; və
Peşəkar xidmətlərin dəyəri(MHBS (İAS), maddə 17).
Sadalanan məsrəflər TTA obyektlərinin maya dəyərində kapitallaşdırılmış, yəni tanınmış olur.
Digər məsrəflər TTA-nın maya dəyərinə daxil edilmir, yəni kapitallşdırılmır və tanınmır. Məsələn belə məsrəflərə aiddir:
Yeni istehsal yaxud texniki tikilinin açılışına çəkilən məsrəflər;
Yeni məhsulun yaxud xidmətin tətbiqinə (reklama və məhsulun yeridilməsinə çəkilən məsrəflər də daxil olmaqla) ;
Yeni ərazidə (yerdə) yaxud müştəri kateqoriyaları ilə (heyətin hazırlanması və öyrədilməsi xərcləri də daxil olmaqla) fəaliyyətin aparılmasına çəkilən məsrəflər; və
Administrativ və digər ümumi qaimə xərcləri(MHBS (İAS), maddə 19).
Obyekt lazımi yerə gətirildikdən və təşkilat rəhbərinin niyyətinə uyğun olaraq onun fəaliyyət göstərməsi üçün hazır vəziyyətə gətirilməsindənsonra çəkilən xərclər həmin obyektin balans dəyəri kimi tanınmır.
Təşkilatın öz gücü ilə yaradılan aktivin maya dəyəri əldə olunan aktivin dəyərinin müəyyən edilmiş olduğu prinsiplərə əsasən hesablanır.
Əgər təşkilat oxşar aktivləri öz adi fəaliyyəti prosesində satış üçün yaradırsa, onda həmin aktivin maya dəyəri onun satış üçün istehsal maya dəyərinə (dəyərinə) bərabər olacaqdır.
Aktivin təşkilatın öz gücü ilə yaradılması zaman normadan artıq sərf olunmuş xammal və əmək məsrəfləri aktivin ilkin dəyərinə daxil edilmir, dövrü xərclərə silinir.
Dostları ilə paylaş: |