6.3.Uzunmüddətli maddi aktivlərin əldə edilməsi (yaradılması) ilə əlaqədar kapitallaşdırılan, kapitallaşdırılmayan və sonrakı məsrəflərin uçotu
Uzunmüddətli maddi aktivlər üzrə əməliyyatların uçot hesablarında əks etdirilməsi “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun tənzimlənir (3, s.39-71).
Uzunmüddətli maddi aktivlər üzrə əməliyyatların uçotunu aparmaq üçün Qaydalar aşağıdakı hesabları təsdiq etmişdir:
111 №li “Torpaq, tikili və avadanlıqların dəyəri”;
112№li “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymət- dəndüşmə zərərləri”;
113№li “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaş- dırılması”.
121 №li “İnvestisiya mülkiyyətinin dəyəri”;
122 №li “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri”;
123 №li “İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması”.
131 №li “Bioloji aktivlərin dəyəri”;
32 №li “Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri”;
141 №li “Təbii sərvətlərin (ehtiyatların) dəyəri”;
142 №li “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi”.
Göründüyü kimi, Hesablar planında Bioloji aktivlər və Təbii sərvətlərlə bağlı məsrəflərin kapitallaşdırılması üçün 113 və 123 nömrəli hesablara oxşar hesablar nəzərdə tutulmamışdır.
Dostları ilə paylaş: |