Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Kəşfiyyata və qiymətləndirilməyə məsrəflər



Yüklə 1,21 Mb.
səhifə86/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   82   83   84   85   86   87   88   89   ...   124
Maliyyə mühazirələr hamısı(1)

Kəşfiyyata və qiymətləndirilməyə məsrəflər – faydalı qazıntıların çıxarılmasının texniki cəhətdən həyata keçirilməsi və kommersiya baxımından faydalılığının müəyyən edilməsinə qədər onların kəşfiyyatı və qiymətləndirilməsi ilə əlaqədar məsrəflərdir (MHBS (İFRS) 6,Əlavə A ).

Kəşfiyyatın və qiymətləndirmənin gedişində tanınmış aktivlər– yataqların kəşfiyyatı və qiymətləndirilməsi ilə əlaqədar xərclərin şirkətin uçot siyasətinə uyğun aktiv qismində tanınmasıdır (MHBS (İFRS) 6,Əlavə A ) .

TƏSNİFAT

Bütün aktivlərin, o cümlədən uzunmüddətlı maddi aktivlərin uçotunun aparılması və hesabatının tərtib edilməsinin mühüm şərtlərindən biri onların müxtəlif məqsədlər üçün təsnifatının aparılmasıdır. Təsnifat onların növlər üzrə tanınması, ilkin və sonrakı qiymətləndirilməsi, analitik və sintetik uçotunun aparılması və son nəticədə hər bir növ, maddə üzrə informasiya formaıaşdırmaq üçün zəruridir.

MHBS (İAS) 16 TTA-nı aşağıdakı siniflərə (təsnifat qruplarına) bölür:


  1. torpaq sahələri;

  2. torpaq sahələri və binalar;

  3. maşın və avadanlıqlar;

  4. su gəmiləri;

  5. hava gəmiləri;

  6. avtonəqliyyat vasitələri;

  7. mebel və mühəndis avadanlığın düzülən elementləri; və

  8. ofis avadanlığı (MHBS (İAS) 16, maddə 37).

İnvestisiyalı daşınmaz əmlaka MHBS (İAS) 40 aşağıdakıları aid edir:

  1. adi fəaliyyətin gedişində qısamüddətli perspektivdə satış üçün deyil, uzunmüddətli perspektivdə kapitalın dəyərinin artmasından fayda əldə etmək üçün saxlanılan torpaq;

  2. indiki halda sonrakı istifadəsi məlum olmayan torpaq (əgər təşkilat torpağı adi fəaliyyət prosesində qısa perspektivdə satmaq yaxud onu malların istehsalı və göndərilməsi, xidmətlərin göstərilməsində istifadə etməyi planlaşdırmırsa, onda hesab edilir ki, həmin torpaq kapitalın dəyərinin artırılması üçün nəzərdə tutulur) ;

  3. təşkilatın mülkiyyətində olan (yaxud maliyyə icarəsi şərtilə təşkilatın sərəncamında olan) və bir yaxud bir neçə əməliyyat icarəsi ilə icarəyə verilən bina;

  4. hazırda tutulmuş / istifadədə olmayan, ancaq bir yaxud bir neçə əməliyyat icarəsi ilə icarəyə verilən bina.

Bioloji aktivlərin, kənd təsərrüfatı məhsullarının təsnifatıMHBS (İAS) 41-də aşağıdakı kimi verilir:

Bioloji aktivlər

K/t-ı məhsulları

1

2

Qoyun və keçilər

Meşə təsərrüfatında ağaclar

Bitkilər

Südlük mal-qara

Donuzlar

Ətlik mal-qara

Kolluqlar

Üzümlüklər

Meyvə-giləmeyvə ağacları


Yun

Şalban


Pambıq, şəkər qamışı

Süd


Ət (cəmdək)

Ət (cəmdək)

Yarpaqlar

Üzüm


Yığılmış meyvələr

Mineral resursların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlər MHBS (İFRS) 6-ya əsasən iki qrupa bölünür:

  1. maddi aktivlər;

  2. qeyri-maddi aktivlər.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin