Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə89/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   85   86   87   88   89   90   91   92   ...   124
Maliyyə mühazirələr hamısı(1)

TTA obyektlərinin maya dəyəri onların tanındığı tarixə pul vəsaitləri ekvivalentində olan qiymətlərdir.

Əgər TTA obyektinin dəyərinin ödənilməsi kreditləşdirilmənin adi şərtlərində nəzərdə tutulan dövrü (məsələn, 60 günü) aşırsa, onda pul vəsaitləri ekvivalentində olan qiymət ilə, ümumi ödənişin məbləği arasındakı fərq kreditləşmə dövrü üçün faiz kimi tanınır. Ancaq əgər MHBS 23-ə əsasən obyekt kvalifikasiya olunan kimi müəyyən olunmuşsa, onda həmin faiz obyektin balans dəyərində tanınmalıdır, yəni kapitallaşdırılmalıdır.

TTA obyekti yaxud obyektləri qeyri-pul aktivlərinə, ya da pul vəsaitləri və pul aktivlərinə mübadilə yolu ilə əldə oluna bilər.

Bu cür obyektin maya dəyəri aşağıdakı hallar istisna olunmaqla ədalətli dəyərlə müəyyən olunur:



  1. Mübadilə əməliyyatı kommersiya məzmunlu deyildir; yaxud

  2. Nə alınan nə də verilən aktivin ədalətli dəyərini dürüst ölçmək mümkün olmur.

Əgər həm verilən, həm də alınan aktivin ədalətli dəyərini etibarlı şəkildə ölçmək mümkündürsə, onda alınan aktivin qiyməti kimi, verilən aktivin ədalətlidəyəri (yəni “çıxış” qiyməti) götürülür. Əks halda, əldə olunan aktiv o aktivin ədalətli dəyəri ilə qiymətləndirilir ki, onu etibarlı şəkildə ölçmək mümkün olsun.

Əgər obyekt qeyri-kommersiya xarakterli əməliyyat nəticəsində (yəni əməliyyat nəticəsində mənfəət götürülməsi məqsədi güdülmədikdə) əldə olunursa, ya da həmin obyektin ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, onda əldə olunan həmin obyekt verilən obyektin balans dəyərinə əsasən qiymətləndirilir.

İcarədarın sərəncamında maliyyə icarəsi müqaviləsi əsasında olan TTA obyektlərinin balans dəyəri MHBS 17-yə əsasən mmüəyyən olunur.

TTA dövlət subsidiyaları vasitəsilə əldə olunduqda onların dəyəri əldə olunmuş subsidiyalar üzrə şərtlər yerinə yetirilməklə onların balans dəyərini yaradır. Əgər TTA təşkilatın özü tərəfindən yaradılmışsa və həm də dövlət subsidiyaları da almışsa, onda alınmış dövlət subsidiyalarıda məbləğində aktivin( aktivlərin) balans dəyəri azaldılmalıdır.

İnvestisiyalı daşınmaz əmlakın (İDƏ) ilkin qiymətləndirilməsi onun maya dəyəri ilə aparılmalıdır.

Əldə olunan İDƏ-nin maya dəyərinə - əldə olunma qiyməti, sövdələşmə xərcləri, həmçinin istənilən digər müstəqim (birbaşa) xərclər daxil edilir. Sövdələşmə xərclərinə peşəkar hüquqi xidmətlərin dəyəri, investisiyalı mülkiyyətin verilməsi ilə bağlıvergilər və s. xərclər aid edilir.

Təşkilatın öz gücü ilə inşa olunan İDƏ-nin maya dəyəri – həmin obyektin tikintisinin yaxud inkişafının başa çatmış olduğu tarixə olan dəyərdir. Həmin tarixə qədər təşkilat MHBS 16-nı tətbiq etməlidir.Həmin tarixdə daşınmaz əmlak İDƏ statusunu alır və ona rəğmən MHBS 40-ın qaydaları tətbiq edilir.

İDƏ -nin dəyərinin ödənilməsi möhlətlə həyata keçirildikdə maya dəyəri kimi həmin obyektin pul ekvivalentində qiyməti çıxış edir. Həmin məbləğ ilə, yekun ödəniş məbləği arasındakı fərq kredit müddəti ərzində faizlərin ödənişləri kimi çıxış edir.

Mübadilə yolu ilə əldə olunan İDƏ -nin maya dəyəri TTA obyektləri üzrə müəyyən edilmiş qaydalara uyğun hesablanır.

Bioloji aktiv ilkin tanınma zamanı və hər hesabat dövrünün sonuna ehtimal olunan satış xərcləri çıxılmaqla ədalətli dəyərlə qiymətləndirilməlidir.

Bioloji aktivi ilkin tanınma zamanı bazar qiymətləri və ya ədalətli dəyərlə qiymətləndirmək mümkün olmadıqda, onu yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərərlər çıxılmaqla maya dəyəri ilə qiymətləndirmək lazımdır.Lakin bioloji aktivin ədalətli dəyərlə qiymətləndirillməsi üçün şərait yarandığı halada onu ədalətli dəyərlə qiymətləndirilməsi aparılmalıdır.

Bioloji aktivlərdən yığılmış kənd təsərrüfatı məhsulu ehtimal olunan satış xərcləri çıxılmaqla yığım anına olan ədalətli dəyərlə qiymətləndirilməlidir. Bu cür qiymətləndirilmə MHBS 2-nin yaxud digər standartların tətbiq olunmağa başlandığı ana maya dəyəri kimi qəbul edilir.

Satış xərclərinə-brokerlərə və dilerlərə ödənilən komisyon məbləğlərini, tənzimləyici orqanların və əmtəə birjalarının yığımlarını, əmlakın verilməsi üzrə vergiləri, həmçinin rüsumları aid etmək olar.

Biolojin aktivin ehtimal olunan satış xərcləri çıxılmaqla ədalətli dəyərlə ilkin tanınması zamanı yaranan, həmçinin bioloji aktivin ehtimal olunan satış xərcləri çıxılmaqla ədalətli dəyərinin dəyişilməsindən yaranan mənfəət və ya zərərləri, onların yarandığı dövrün mənfəətinə yaxud zərərinə aid etmək lazımdır.

Eyni qaydanı kənd təsərrüfatı məhsulunun ilkin tanınması zamanı da tətbiq etmək zəruridir. Kənd təsərrüfatı məhsulunun ilkin tanınması zamanı yaranan mənfəət və ya zərərlər məhsulun yığılması nəticəsində baş verə bilər.

Biolojin aktivlərə aid edilən dövlət subsidiyalarının tanınması MHBS 41-ə əsasən həyata keçirilir. Həmin standartın müddəaları, ehtimal olunan satış xərcləri çıxılmaqla ədalətli dəyərlə qiymətləndirilən bioloji aktivlərə rəğmən tətbiq edilir. Dövlət subsidiyalarının yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərərlər çıxılmaqla maya dəyəri ilə əks etdirilən bioloji aktivlərə rəğmən uçotu qaydaları isə MHBS 20 ilə tanzimlənir.

Faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlər ilkin tanınma zamanı maya dəyəri ilə qiymətləndirilməlidir. Maya dəyərinə aşağıdakı xərclər daxil edilə bilər:


  • Kəşfiyyat işlərinin aparılması üçün hüquqların əldə edilməsinə xərclər;

  • Topoqrafik, geoloji, geokimyəvi və geofiziki tədqiqatların əldə olunmasına çəkilən məsrəflər;

  • Kəşfiyyat quyularının qazılmasına çəkilən məsrəflər;

  • Kəşfiyyat karxanalarına keçidin açılmasıməsrəflər ;

  • Nümunələrin götürülməsinə məsrəflər; və

  • Mineral resursun çıxarılmasının texniki cəhətdən həyata keçirilməsinin mümkünlüyü baxımından qiymətləndirilməsi ilə əlaqədar tədbirlərin keçirilməsinə çəkilən məsrəflər;

Mineral resursların işlənilməsi ilə əlaqədar məsrəflər onların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlər kimi tanınmalıdır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin