Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə92/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   88   89   90   91   92   93   94   95   ...   124
Maliyyə mühazirələr hamısı(1)

Bioloji aktivlərin satın alınma yolu ilə əldə edilməsi

  • Satın alınma yolu ilə əldə edilən bioloji aktivlərin ilkin dəyərinə daxil edilən (kapitallaşdırılan) məbləğinə:

Debet 131,

Kredit 221, 223, 224, 244,431,432,435,521,523, 531,532, 538,545;



  • Əldə olunan bioloji aktivlərlə əlaqədar hesablanmış ƏDV məbləğinə:

Debet 241-1,

Kredit 221,223,224,244,431,432,435,521,523,531,532,538,545;



  • ƏDV əvəzləşdirildikdə:

Debet 521,

Kredit 241-1;



  • ƏDV əvəzləşdirilmədikdə:

Debet 131,

Kredit 241-1 yazılışı tərtib olunur.



Bioloji aktivlər təşkilatın öz gücü ilə yaradılması

  • Bioloji aktivlərin təşkilatın öz gücü ilə yaradılması zamanı çəkilmiş və tanınmış məsrəflər məbləğinə:

Debet 131,

Kredit 102,112,201,204,205,207,221,223,224,241-1,244,521,522,523,533.



Bioloji aktivlərin alınmış borc yolu ilə əldə edilməsi

  • Bioloji aktivlərin satın alınması yaxud bioloji transformasiyası yolu ilə əldə edilməsi

zamanı alınmış borclar üzrə kapitallaşdırılan və tanınan məsrəflərə:

Debet 131,

Kredit 434,537.


  • Əvəzsiz qaydada daxil olmuş bioloji aktivlərin tanınan məbləğinə:

Debet 131,

Kredit 611-3 yazılışı verilir.

Qaydalara əsasən 141 nömrəli aktiv daimi hesabda təşkilatın mülkiyyətində olan və aktivlər kimi təsnifləşdirilən təbii sərvətlərin dəyəri uçota alınır.

Həmin hesabda təbii sərvətlər ilkin dəyəri onların kəşfiyyatı və qiymətləndirilməsi üzrə çəkilmiş məsrəflər məbləğində tanınır və əks etdirilir.

Müxtəlif mənbələr hesabına yaradılan təbii sərvətlərin ilkin tanınması zamanı müvafiq yazılışlar tərtib olunur. Təkrar olaraq xatırladaq ki, bioloji aktivlərdə olduğu kimi, təbii sərvətlərin yaradılmasına çəkilən məsrəflərin də kapitallaşdırılması üçün ayrıca sintetik uçot hesabı nəzərdə tutulmamışdır, Belə məsrəflər baş verdikcə birbaşa 141 nömrəli hesabda əks etdirilməklə tanınır.

Təbii sərvətlərin (faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlərin) pul ekvivalentində və (və ya) kreditor borcları yolu ilə əldə edilməsi


  • Təbii sərvətlərin pul ekvivalentində və (və ya) kreditor borcları şəklində yaranmasına məsrəflər məbləğinə:

Debet141,

Kredit 221, 223, 224, 225, 244, 431, 432, 435, 521, 523, 531, 532, 538, 545;



  • Təbii sərvətlərin yaranması ilə əlaqədar məsrəflər üzrə hesablanmış ƏDV məbləğinə:

Debet 241-1,

Kredit 221, 223, 224, 225, 244, 431, 432, 435, 521, 523, 531, 532, 538,545;



  • Hesablanmış ƏDV-nin əvəzləşdirilən məbləğinə:

Debet 521,

Kredit 241-1;



  • Hesablanmış ƏDV-nin əvəzləşdirilməyən məbləğinə:

Debet 141,

Kredit 241-1.



Təbii sərvətlərin (faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlərin) öz gücü ilə yaradılması

  • Təbii sərvətlər üzrə aktivlər təşkilatın öz gücü ilə yaradıldıqda çəkilmiş və tanınmış məsrəflər məbləğinə:

Debet 141,

Kredit 102, 112, 201, 204, 205, 207, 221, 223, 224, 241-1, 244,521, 522, 523, 533.



  • Təbii sərvətlər üzrə aktivlərin yaradılması zamanı alınmış borclar üzrə məsrəflərin kapitallaşdırılan məbləği:

Dbet 141,

Kredit 434, 537 yazılışları ilə tanınır.



Təbii sərvətlərin (faydalı qazıntıların kəşfiyyatı və qiymətləndirilməsi üzrə aktivlərin) əvəzsiz daxil olması

  • Təbii sərvətlər üzrə aktivlər əvəzsiz qaydada əldə olunduqda:

Debet 141,

Kredit 611-3 yazılışı tərtib edilməklə tanınır.



  • Uzunmüddətli maddi aktivlərin müəyyən dövr ərzində istifadə olunması nəticəsində onların yerləşdiyi sahələrin bərpa edilməsi üçün təşkilatın öz üzərinə götürdüyü öhdəliklərin məbləğinə:

Debet 113,123, 131, 141,

Kredit 413, 445, 513, 545 yazılışları tərtib olunur.

TTA və İDƏ üzrə həmin öhdəliklər məbləğində məsrəflər həmin aktivlərin ilkin dəyərinin bir hissəsi kimi tanınfdıqda:

Debet 111, 121,

Kredit 111, 123 yazılışları tərtib edilir.

Sonrakı məsrəflər TTA VƏ İDƏ-nin maya dəyərinə yalnız o zaman daxil edilir ki, onlar həmin aktivlərin tanınma kriteriyalarına cavab vermiş olsun.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin