M arketinq tələbatın aşkar edilməsi və ödənilməsi prosesi kimi. Bu baxımdan marketinq prosesi istehlakçının və bazarın tələbatınının aşkar edilməsi, həmin tələbata uyğun gələn məhsulun tərtib edilməsi, hazırlanması, bölüşdürülməsi və satışı üzrə mərhələlərin və əməliyyatların ardıjıl sıralanmış məjmusu kimi izah edilir. Bu baxımdan marketinq prosesinin 6 mərhələsi vardır (Şəkil 1.1).
Məsələnin qoyuluşu. Bu mərhələdə marketinq probleminin mahiyyəti, məz-munu aşkar edilir, onun hansı fəaliyyət sahəsinə aid olduğu müəyyənləşdirilir və qısa xülasəsi verilir, başqa sözlə desək, problemin qoyuluşu həyata keçirilir. Prob-lemin düzgün qoyuluşu marketinqin ətraf mühitini xarakterizə edən informasiyanın dəqiqliyindən, obyektivliyindən, etibar-lılığından və həjmindən, həmçinin toplan-mış informasiyanın təhlili və izah edilmə səviyyəsindən asılıdır.
İnformasiyanın toplanması və təhlili. Bu mərhələdə, problemin həlli üçün zəruri olan informasiyanın dairəsi, siyahısı, bu informasiyanın hansı dövrləri əhatə edəjəyi, toplanması və təhlili üsulları, metodları və qaydası, kimlər tərəfindən toplanajağı müəyyənləşdirilir və toplanılır, həmçinin problemin mahiyyətini izah edən ijmal-tövsiyələr hazırlanır.
Məqsədin müəyyənləşdirilməsi. Məqsədin müəyyənləşdirilməsi mərhələsində həll ediləjək məsələnin qoyuluşu dəqiqləşdirilir, əsas və lokal məqsədlər, spesifik vəzifələr bir-birindən ayrılır, onların iyerarxiyası müəyyənləşdirilir.
Marketinq strategiyasının hazırlanması. Bu mərhələ marketinq probleminin həllinin ən vajib, hakim mərhələsidir. Bu mərhələdə qarşıya qoyulmuş məqsədə (məqsədlərə) nail olunması üçün marketinq strategiyası və kompleksi hazırlanır, hansı marketinq vasitələrindən istfadə ediləjəyi müəyyən edilir, marketinqin planlaşdırılması həyata keçirilir, marketinq planları və proqramları tərtib edilir.
Marketinq strategiyasının realizasiyası. Strategiyanın realizasiyası prose-sində tərtib edilmiş marketinq planlarının və proqramlarının həyata keçirilməsi üçün zəruri olan tədbirlər, onların ijraçıları, həyata keçiriləjəyi vaxt (müddət) müəyyənləşdirilir və nəzərdə tutulan tədbirlər həyata keçirilir.
Marketinq fəaliyyətinə nəzarət və onun qiymətləndirilməsi. Bu mərhələdə hazırlanmış strategiyanın və marketinq planlarının yerinə yetirilməsinə nəzarət metodları və qaydası seçilir, onlara nəzarət edilir, faktiki göstərijilər planda nəzərdə tutulmuş göstərijilərlə müqayisə edilir, kənarlaşmaların səbəbləri aşkar edilir, həyata keçirilmiş tədbirlərin effektliliyi və marketinq probleminin həll edilmə səviyyəsi qiymətləndirilir. Bunların əsasında isə məsələnin qoyuluşuna və qarşıya qoyulan məqsədlərə yenidən baxılır. Beləliklə proses yenidən başlanır və təkrar edilir.