Mövzu məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi üzrə işlərin təşkili metodikası. Plan


Əxlaq ictimai şüurun formalarından biridir. Əxlaq



Yüklə 29,94 Kb.
səhifə3/7
tarix28.12.2021
ölçüsü29,94 Kb.
#48236
1   2   3   4   5   6   7
TTM mövzu 7

Əxlaq ictimai şüurun formalarından biridir. Əxlaq bu və ya digər cəmiyyətdə adamların bir-birinə, ətraf mühitə münasibətlərini tənzimləyən mənəvi keyfiyyətlərin, qaydaların məcmusudur. Əxlaq qaydalarının tərkibində milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərlər də olur.

Əxlaq tərbiyəsinin qarşısında üç əsas vəzifə qoyulur: əxlaqi təsəvvürlərin (hisslərin), əxlaqi şüurun və əxlaqi davranışın formalaşdırılması.



Əxlaq tərbiyəsinin vəzifələri aşağıdakılardan ibarətdir:

  • Əxlaq tərbiyəsi-mənəvi davranış, hiss və vərdişlərin formalaşdırılması;

  • Vətənpərvərlik tərbiyəsi- öz vətəninə sevgi, məhəbbət və məsuliyyət hissinin formalaşması;

  • Milli və beynəlmiləl tərbiyə-milli ləyaqət və digər millət və xalqlara hörmətin formalaşması;

  • Öz davranış və fəaliyyətinə görə şəxsi məsuliyyət hissinin tərbiyəsi;

  • Uşaqlarda yüksək əxlaqi şüurun tərbiyəsi;

  • Nəcib insani keyfiyyətlərin aşılanması;

  • Şəxsiyyətin formalaşmasında əhəmiyyətli rol oynayan milli və

ümumbəşəri dəyərlərin inkişafı və s.

Deməli, əxlaq tərbiyəsi uşağa məqsədyönlü surətdə aşılanan nəcib davranış normaları, ədəb-ərkan qaydaları, ümumbəşəri əxlaqi keyfiyyətlər, rəhbər tutulan normalar deməkdir. Tərbiyənini əsas tərkib hissəsi olan əxlaq tərbiyəsi ikitərəfli proses olub, fərdin öz hərəkətlərinə şüurlu münasibətini, tərbiyəçi və tərbiyə olunan arasında formalaşan münasibətləri əks etdirir.

Əxlaq tərbiyəsinin yollarına daxildir: ictimai-faydalı əmək; ekskursiyalar, gəzintilər, disputlar, ehtiyacı olanlara kömək etmək; təlimdə geridə qalanlara köməklik göstərmək; söhbətlər, məruzə və müzakirələrin keçirilməsi və s.

Əxlaq tərbiyəsi nəticəsində gənc nəsil xeyiri şərdən, yaxşını pisdən, ləyaqıti ləyaqətsizlikdən, doğruçuluğu yalandan, təvazökarlığı mənəmlikdən, işgüzarlığı tənbəllikdən fərqləndirməyə başlayır.

Əxlaq tərbiyəsi sayəsində gənc nəsil başa düşməlidir ki, onlara göstərilən ailə və valideyn qayğısını daim yadda saxlamaq, ona hörmət etmək, ehtiram göstərmək onların müqəddəs borcudur.

İctimai əhəmiyyət kəsb edən keyfiyyətləri aşılamaq məqsədi daşıyan tərbiyəvi işlər şərti olaraq sosial yönümlü işlər adlanır. Belə tərbiyəvi işlərin başlıca məqsədi uşaqlarda sosial münasibətlər sistemini, yəni cəmiyyətə, dövlət hakimiyyət orqanlarına, ictimai asayişə və s. münasibətləri formalaşdırmaqdır. Şəxsiyyətin digər sosial əxlaqi keyfiyyəti olan intizamlılıq vətəndaşlıq keyfiyyəti ilə qırılmaz surətdə bağlıdır.

Uşaqların sosial münasibətləri tədricən mənimsəməyə başlaması məhz intizam vasitəsi ilə baş verir. İntizamlılıq insanın davranışında, hərəkətlərində özünü göstərir, ictimai davranış normaları və qaydalarının şüurlu yerinə yetirilməsinə təzahür edir.

İntizamlılıq, mətinlik, möhkəmlik, qətiyyətlilik, özünü ələ almağı tələb edir. İntizamlılığın əsasında iradə durur. İntizamlılıq ətrafdakı adamlarla ünsiyyətdə zəruri olan nəzakətlilik, diqqətlilik, daxili intizam və mütəşəkkillik kimi əxlaqi keyfiyyətləri də özündə birləşdirir.

Faydalı vərdişlərin aşılanması, iradənin inkişafı insanda intizam tərbiyə edir. Bu zaman xarici intizamlılığı gözləməklə yanaşı qəbul olunmuş davranış qaydalarının zəruriliyi barədə şagirddə daxili inam yaratmaq da vacibdir.

Şüurlu intizam aşılamağın əsas yolu sosial yönümlü tərbiyəvi işləri təşkil etməkdir. Bu işlərin başlıca məqsədi davranış qaydalarını yerinə yetirmək, uşaqları həyat və fəaliyyət rejiminə, müəyyən nizam-intizam qaydalarına riayət etməyə alışdırmaqdan ibarətdir.

Bunun üçün də hər bir tədris müəssisələrində davranış qaydaları müəyyənləşdirilir. Bu qaydalar bir tərəfdən cəmiyyətin əxlaq prinsiplərini, digər tərəfdən həmin təhsil müəssisəsinin iş xüsusiyyətini əks etdirir. Davranış qaydaları intizam tələblərinin mənasını və onların əhəmiyyətini açıb göstərir.

Belə ki, “Şagirdlər üçün qaydalar” və “Daxili intizam qaydaları” şagirdlərdən sinif otaqlarını təmiz, səliqəli saxlamağı, yoldaşları ilə mehriban davranmağı, böyüklərə qarşı nəzakətli olmağı, öz vəzifələrinə vicdanla yanaşmağı tələb edir. məktəblilərin müəyyənləşdirilmiş həyat və fəaliyyəti rejim adlanır.

Rejim tələblərin yerinə yetirilməsi tərbiyənin səmərəliliyi üçün əsas şərtlərdən biridir. O, şəxsiyyətdə sabit vərdişləri tez aşılayır. Rejimə riayət etmək yalnız orqanizmin fizioloji funksiyalarına müsbət təsir etmir, eyni zamanda böyük intizamlaşdırıcı rol oynayır.

Lazım gəldikdə, rejim dəyişilə bilər. Şəxsiyyətin sosial fəallığı həyatda hər şeyə tənqidi münasibət bəsləməyi nəzərdə tutur. Belə insanda ölkədə və dünyada baş verən hadisələri müntəzəm olaraq müstəqil təhlil etmək tələbatı, həyatı gözəlləşdirmək meyli vardır.

Passiv həyat mövqeyi heç də fəaliyyətsizlik demək deyil. Məktəbin həyata keçirdiyi sosial yönümlü mütəşəkkil tərbiyə prosesini, tərbiyəvi ailə həyata keçirə bilməz, çünki ailə məktəb kimi kütləvi sosiallaşdırma prosesini həyata keçirmək imkanına malik deyildir.

Əxlaq- ictimai şüurun formalarından biri olub insanın mənəvi simasını, özünə, başqalarına, əməyə, bütünlükdə cəmiyyətə münasibətini müəyyən edən keyfiyyətlərin, prinsip və qaydaların məcmusudur. əxlaq insanların yaşamaq uğrundakı çoxəsrlik mübarizəsi gedişində meydana gəlmişdir.

Tarix boyu ailədə, məişətdə, istehsalatda, ictimai həyatın bütün sahələrində insanlar arasındakı münasibət özünü, ilk növbədə, məhz əxlaqda təcəssüm etdirir.

Din meydana gələndən sonra əxlaqa qüvvətli təsir göstərmiş, bir sıra davranış normalarının formalaşmasında həlledici rol oynamışdır. Əxlaq məfhumunu, əxlaqi keyfiyyətlərin və qaydaların mənşəyini, formalaşması mexanizmini, cəmiyyətdə rolunu və s. məsələləri etika tədqiq edir.

Əxlaq qaydaları və keyfiyyətlərinin tərkibində milli dəyərlərlə yanaşı ümumbəşəri dəyərlər də olur. Birincilərə yalnız xalqımız üçün spesifik olan əxlaq qayda və keyfiyyətləri, ikincilərə isə bütün xalqların əməl etdikləri əxlaq qayda və keyfiyyətləri aiddir.

Milli pedaqogikaya görə cəmiyyətdə könüllülük əsasında formalaşan, qəbul edilən və əməl olunan davranış qaydaları əxlaq qaydalarıdır. Dövlət tərəfindən qanun halına salınan, icrası məcburi olan, əməl edilmədikdə cəza nəzərdə tutulan normalar hüquq normalarıdır.

Tərbiyə zamanı gənc nəslə aşılanan əxlaqi keyfiyyətlər əxlaq tərbiyəsinin məzmununu təşkil edir. Əxlaqi keyfiyyətləri 2 böyük qrupa ayırmaq olar:

1.cəmiyyətin, xalqın zərərinə olan, onun bəyənmədiyi əxlaqi keyfiyyətlər: Paxıllıq, yalan danışmaq, tənbəllik, xudbinlik, qorxaqlıq, iradəsizlik və s.


Yüklə 29,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin