Mövzu məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi üzrə işlərin təşkili metodikası. Plan


cəmiyyətin, xalqın bəyəndiyi, qəbul etdiyi əxlaqi keyfiyyətlər



Yüklə 29,94 Kb.
səhifə4/7
tarix28.12.2021
ölçüsü29,94 Kb.
#48236
1   2   3   4   5   6   7
TTM mövzu 7

2. cəmiyyətin, xalqın bəyəndiyi, qəbul etdiyi əxlaqi keyfiyyətlər:

Əməksevərlik, insanpərvərlik, yoldaşlıq, düzlük, dostluq, vətənsevərlik, sadəlik təvazökarlıq, halallıq, işgüzarlıq, düzlük, doğruçuluq, vətənpərvərlik və s. faydalı əxlaqi keyfiyyətlər ikinci qrupun məzmununu təşkil edir.



Əxlaq tərbiyəsinin mahiyyəti dedikdə adamın özünə, başqalarına (dosta, tanışa, böyüyə, kiçiyə, qadına, kişiyə, başqa xalqlara və s.) əməyə, vətənə, ictimai quruluşa, ictimai-siyasi qrup və təşkilatlara, dövlətə və s. olan münasibətinin şüurlu surətdə formalaşması nəzərdə tutulur. Bu cür münasibətin formalaşması prosesi-əxlaq tərbiyəsi prosesidir.

Əxlaq tərbiyəsini səciyyələndirən bir sıra əlamətlər vardır. Bunlardan biri adından göründüyü kimi, əxlaqla, davranışla, əxlaqi keyfiyyətlərlə bağlıdır. Əxlaq tərbiyəsi zamanı tərbiyəçi hansısa əxlaqi keyfiyyəti və ya keyfiyyətləri tərbiyə olunanlara aşılamağa çalışır.

Əxlaq tərbiyəsinin mahiyyətini Milli pedaqogika belə açıqlayır: tərbiyəçinin rəhbərliyi ilə müəyyən mühitdə davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin tərbiyə olunanlara məqsədyönlü, planlı və mütəşəkkil aşılanması əxlaq tərbiyəsidir.

Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsini bir sıra üsullarla inkişaf etdirmək olar. Məsələn, ekskursiyalar, xəstəyə baş çəkmək, müzakirələr, gəzintilər, ad günlərinin qeyd edilməsi və s.

Ş. Amonaşvili hesab edir ki, uşaqlara hörmət etmək lazımdır. Əbəttə, bunun üçün böyüklərin özlərini uşaqların yerinə qoymaq və onlar kimi düşünmələri lazımdır. O, eyni zamanda tərbiyəçi-müəllimlər üçün aşağıdakı xüsusi tələblərin olmasını qeyd edirdi:

1. Tərbiyəçi-müəllim bütün uşaqları sevməlidir: sözəbaxanları da, dəcəlləri də, zəif və yaxşı çalışanları da.

2. Böyüklər uşağın daxili həyəcanlarını anlamalı, onun əyləncələrinə, arzu və istəklərinə hörmət etməlidirlər.

3. Tərbiyəçi-müəllim gözləməməlidir ki, uşaqlar nə vaxt “ağıl”lanacaqlar. Tərbiyəçi-müəllim uşaqların daxili aləminə nüfuz edib onlar üçün tərbiyənin ən uğurlu metodunu seçməyi bacarmalıdır.

Belə ki, bu tələblər metodika deyil, daha çox psixoloji konsepsiya və ya tərbiyəyə fəlsəfi yanaşmadır.



Yüklə 29,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin