«Avestada» əxlaq məsələləri
«Avesta» xalq ədəbiyyatında və klassik ədəbiyyatda mifoloji axının başlıca qaydalarından sayılır. Bu müqəddəs kitab eramızdan yeddi əsr əvvəl meydana çıxmışdır. Onun müəllifi Zərdüşt peyğəmbərdir. Tədqiqatçılar Zərdüştün Azərbaycandan olduğunu sübuta yetirmişlər.
Zərdüşt peyğəmbərin dini ideyaları, insanların qarşılıqlı münasibətlərinə, davranışına, rəftar və ünsiyyətinə dair fikirləri qızılı hərflərlə on iki min inək dərisinə köçürülmüş, 815 fəsli özündə birləşdirən 21 kitabdan ibarət «Avesta» meydana gəlmişdir.
Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış «Avesta»da xalq müdrikliyi, insan mənəviyyatının saflaşmasına dair fikirlər özünün dolğun ifadəsini tapmışdır. Bu müqəddəs kitabda xeyir və şər qüvvələr qarşılaşdırılır.
Dostları ilə paylaş: |