3.Xüsusi iqrari hökmlərdə (İ) subyekt və predikat kəsişirsə, hər iki termin ehtiva
olunmur.Məsələn, “Bəzi məktəblilər (S) idmançıdır (P)”.
3.
4.
4.Əgər İ tipli hökmlərdə münasibət tabelidirsə, bu zaman subyekt ehtiva olunmur, predikat
isə olunur.Məsələn, “Bəzi heyvanlar (S) vəhşidirlər (P)”.
5.Ümumi inkari hökmlərdə (E) həm subyekt, həm də predikat tam həcmdə götürülür.Ona
görə də hər ikisi ehtiva olunur.Məsələn, “Bütün balıqlar (S) balina deyil (P)”.
5.
6.Xüsusi inkari hökmlərdə (O) terminlər kəsişirsə, subyekt ehtiva olunmur,predikat isə
ehtiva olunur.Məsələn, “Qrupumuzun bəzi tələbələri (S) əlaçı deyil (P)”.
7.Əgər O tipli hökmlərdə terminlər tabelidirsə, predikat ehtiva olunur, subyekt isə ehtiva
olunmur.Məsələn, “Bəzi heyvanlar (S) vəhşi deyil (P)”.
Dostları ilə paylaş: |