Mövzu Məntiq elminin predmeti


) Ekzistensial (Mövcudluq bildirən)



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   18   19   20   21   22   23   24   25   ...   53
mühazirə-hamısı

3) Ekzistensial (Mövcudluq bildirən) hökmlər – onunla səciyyələnir ki, burada hökmün 

predmetinin mövcud olub – olmaması faktı ifadə olunur.Məsələn, “Atom buzqıran gəmisi 

vardır”, “Səbəbsiz hadisə yoxdur”. 

  Beləliklə,  biz  bu  fəsildə  sadə  hökmlərin  növlərindən  bəhs  etdik.Bütün  bu  deyilənləri 

ümumiləşdirərək deyə bilərik ki, sadə hökmlər üç yerə bölünür: 

   1.Atributiv hökmlər.         2.Relyativ hökmlər.           3.Ekzistensial hökmlər. 

Bu  bölgünün  əsasında  da  hökmün  predmetə  xas  olan  əlaməti,  mövcudluq  faktını  və  ya 

predmetlər arasındakı münasibəti ifadə etməsi durur. 



       3.Sadə hökmlərdə terminlərin ehtiva olunması. 

Bildiyimiz kimi, subyekt və predikat sadə hökmlərin əsas struktur elementləri olub onun 

terminləri adlanır.Hər bir hökmdə terminlər ya ehtiva olunur, ya da ehtiva olunmur.Termin 

o  vaxt  ehtiva  olunmuş  hesab  olunur  ki,  o  tam  həcmdə  götürülsün.Əgər  bu  və  ya  digər 

termin  tam  həcmdə  deyil,  qismən  ifadə  olunursa,  onda  deyilir  ki,  “termin  ehtive 

olunmamışdır”.İndi isə hökmlərin dörd növünün hər birində terminlərin ehtivalılığını ayrı 

– ayrılıqda nəzərdən keçirək. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin