Mövzu Məntiq elminin predmeti


Formulu:“Bu S – P-dir”, “Bu S – P deyil”



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   16   17   18   19   20   21   22   23   ...   53
mühazirə-hamısı

 Formulu:“Bu S – P-dir”, “Bu S – P deyil”. 


   Xüsusi hökmlər elə hökmlərə deyilir ki,onlarda söylənilən iqrar və ya inkar predmetlər 

sinfinin  müəyyən  qisminə  aid  olur.Məsələn,  “Bəzi  təhsil  alanlar  Azərbaycanlıdır”. 

Formulu: “Bəzi S-lər P-dir”, “Bəzi S-lər P deyil”. 

   Müəyyən  sinfə  daxil  olan  bütün  predmetlər  haqqında  nəyisə  iqrar  və  ya  inkar  edən 

hökmlərə ümumi hökmlər deyilir.Məsələn, “Bütün insanlar ölümlüdürlər”, “Heç bir delfin 

balıq deyil”. Formulu: “Bütün S-lər P-dir”, “Heç bir S – P deyil”. 



   Hökmlərin ümumi təsnifatında ayırıcı və istisnaedici hökmlər xüsusi yer tutur. 

Ayırıcı hökmlər öz kəmiyyətinə görə fərdi, xüsusi və ümumi olur.Məsələn, “Yanız Cəfər 

bu hadisənin şahididir” hökmündə bu hadisənin şshidliyi əlamətinin yalnız Cəfərə məxsus 

olduğu göstərilir.Bu, fərdi ayırıcı hökmdür. 

Formulu:  “Bu  S  və  yalnız  bu  S  –  P-dir”.Belə  hökmlərdə  subyekt  və  predikat  həcm 

etibarilə üst-üstə düşür. 

   Ayırıcı  hökmlərin  xüsusi  növü,  haqqında  söhbət  gedən  əlamətin  məhz  predmetlər 

qisminə  mənsub  olub  –  olmadığını  göstərir.Məsələn,  “Yalnız  bəzi  cinayətkarlar 

residivistlər  adlanır”.Belə  hökmlərdə  predikat  tam  şəkildə  subyektin  həcminə  daxil 

olur.Formulu: “Bəzi S-lər və yalnız onlar P-dir”. 

 Ümumi ayırıcı hökmlərdə subyekt və pradikat həcm etibarilə üst  – üstə düşür.Məsələn, 

“Bütün cinayətlər və yalnız onlar ictimai təhlükəli hərəkətdir”. 

Formulu: “Bütün S-lər və yalnız onlar P-dir”.        

   Atributiv  hökmlərin  növlərindən  biri  də  istisnaedici  hökmlərdir.Bu  hökmlər  əlamətin 

predmetlərin  müəyyən  hissəsini  istisna  etməklə,  bütün  qalan  qisminə  aid  olub  – 

olmamasını  ifadə  edir.Məsələn,  “Bütün  məhkəmələrdə  istintaq  işi  dövlət  sirlərinin 

mühafizəsi mənafeyi ilə ziddiyyət təşkil etdiyi hal istisna olmaqla açıq aparılır”.

4

    



   3.Yuxarıda göstərildiyi kimi, hər bir hökmün kəmiyyət və keyfiyyəti vardır, onlar bir – 

biri ilə sıx əlaqəlidir.Buna görə də məntiqdə hökmlərin kəmiyyət və keyfiyyətə görə birgə 

təsnifatından  geniş  istifadə  olunur.Onun  növlərini  asan  yadda  saxlamaq  üçün  aşağıdakı 

hərflərlə işarə olunur: 

A  –  ümumi  iqrari,  İ  –  xüsusi  iqrari  (latınca  “iqrar  edirəm”  mənasını  verən  “affirmo” 

sözünün  işarələnmiş  saitlərinin  adı  ilə),  E  –  ümumi  inkari,  O  –  xüsusi  inkari  (latınca 

“inkaredici” mənasını verən “neqo” sözünün işarələnmiş saitlərinin adı ilə). 

1) Ümumi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda həm ümumiliyi, həm də iqrariliyi əks 

etdirir.Məsələn, “Bütün mütallar kimyəvi elementdir”. 

Simvolik işarəsi: “Bütün S-lər P-dir”. 

1)  Xüsusi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və iqrariliyi ifadə 

edir.Məsələn, “Bəzi şəhərlər paytaxtdır”. 

Simvolik işarəsi: “Bəzi S-lər P-dir”. 

3)  Ümumi  inkari  hökmlər.Bu  hökmlər  eyni  vaxda  ümumiliyi  və  inkarlılığı  əks 

etdirir.Məsələn, “Heç bir hadisə səbəbsiz deyil”. 

 

 




Simvolik işarəsi: “Heç bir S – P deyil”. 

4) Xüsusi inkari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və inkarlılığı bildirir.Məsələn, 

“Bəzi alimlər savadlı deyil”. 

Simvolik işarəsi: “Bəzi S-lər P deyil”. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin