Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   12   13   14   15   16   17   18   19   ...   53
mühazirə-hamısı

Hökmün  həqiqiliyi  dedikdə,  burada  ifadə  olunan  fikrin  real  həyatdakı  əlaqə  və 

münasibətlərə  uyğun  gəlməsi,  onların  mütabiq  əks  etdirilməsi  başa  düşülür.Məsələn, 

“Bütün insanlar ölümlüdürlər”.Həqiqi hökmlər həm də inkari ola bilir.Məsələn, “Səbəbsiz 

hadisə yoxdur”. 

Əgər hökm gerçəklikdə mövcud olmayan  əlaqələri ifadə edirsə və ya real mövcud olan 

əlaqələri inkar edirsə, onda bu yalan hökm adlanır.Məsələn, “Oğurluq cinayət deyildir”. 



   Hökmün strukturuna gəldikdə isə qeyd etməliyik ki, o, aşağıdakılardan ibarətdir. 

1)  Hökmün subyekti – onun predmetini əks etdirən anlayış. 

2)  Predikat – subyekt haqqında söylənilən fikir. 

3)  Məntiqi bağlayıcı – hökmdə subyekt və predikatı birləşdirən üzv. 

 

 



4)  Kvantor – subyektin həcmini göstərən söz (“bəzi”, “bütün”, “heç bir”). 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin