Mövzu Məntiq elminin predmeti


verilən"(dfd) və "tərif verən



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   8   9   10   11   12   13   14   15   ...   53
mühazirə-hamısı

verilən"(dfd) və "tərif verən"(dfns) elementləri olur. Tərif verilən anlayışın tərif zamanı 

məzmunu  açılır,  onun  məzmununu  açmaq  üçün  istifadə  olunan  anlayışlar  isə  tərif 

verəndir.  

Bütün təriflər 2 əsas yerə bölünür: Real və nominal təriflər. Real tərifdə predmet təsvir 

olunur,əsas əlamətləri göstərilir, nominal tərifdə isə əsasən verilən sözün özünün mənası 

açılır, yeni bir termin irəli sürülür. Nominal təriflərə izahlı lüğətlərdə daha çox rast gəlinir.  

Tərif həmçinin aşkar və aşkar olmayan növlərə də bölünür. Aşkar tərifdə predmetin açılan 

məzmunu  gerçəkliyə  uyğun  olmalıdır,  digərində  isə  əksinə.  Aşkar  tərif  özü  də  2  yerə 




bölünür: cinsə və növ fərqinə görə,  genetik tərif. Genetik tərifdə predmetin mənşəyinin 

göstərilməsi nəzərdə tutulur. Cinsə və növ fərqinə görə tərif isə elm sahəsində daha çox 

yayılıb. Məs: "Trapesiya - iki tərəfi paralel, iki tərəfi paralel olmayan dördbucaqlıdır". 

Bütün anlayışlara tərif vermək mümkün deyil. Bununçün tərifi əvəz edən anlayışlardan 

istifadə  edilir.  Bunlar:  təsviretmə,  xarakterizə  etmə,  müqayisə,  fərqləndirmə  və  b. 

üsullardır.  

Tərifin qurulması üçün xüsusi qaydalar tələb olunur. Bunlar : 

1.Hər bir tərif verilən anlayışın həcmi tərif verənin həcminə bərabər olmalıdır (dfd=dfns). 

Məs. "romb bütün tərəfləri bərabər olan paralleoqramdır". Yəni tərif nə həddindən artıq 

geniş, nə də həddindən artıq məhdud olmamalıdır. 

2.Tərif  dəqiq  və  aydın  olmalıdır.  Yəni  tərifdə  metafora,  bədii  obrazlılıq,çoxmənalılıq 

olmamalıdır. Məs: "Aslan - meşənin şahıdır" , "tələbə təhsil alandır" və s. kimi təriflər 

aydın və dəqiq deyil. 

3.Tərif  iqrari  olmalıdır,  inkari  ola  bilməz.  Çünki  inkarlıq  tərifdə  məzmunu  açmır. 

Məsələn:  "kitab  canlı  deyil"  tərif  sayılmır.  Lakin  əgər  tərif  verilən  özü  inkaridirsə  bu 

hallarda tərif verən də inkar ola bilər "Sahibsiz əmlak - sahibi bəlli olmayan əmlakdır" 

4.Tərif dövredici olmamalıdır. Yəni tərif veriləni özü ilə ifadə etmək düzgün deyil. Məs: 

"metofizik - metofizikdir". Tərifdə həmçinin tərif veriləni anlaşıqlı olmayan sözlərlə ifadə 

etmək də düzgün deyil. 

5.Naməluma naməlumla tərif vermək olmaz. 

6. Tərif daim inkişafda olmalıdır.  

 

                                       Tərifi əvəz edən məntiqi üsullar 



İstənilən anlayışı təriflə ifadə etmək olmur. Həmin anlayışları ifadə etmək üçün, yəni bir 

növ tərifi əvəz etməkçün bəzi məntiqi üsullar mövcuddur. Onlar: 1. təsvir, 2. göstərmə, 

3. xarakteristika, 4. müqayisə, 5.fərqləndirmə. 

1. Təsviretmə predmet və ya hadisələrin zahiri əlamətlərini dəqiq şəkildə göstərməkdir. 

Təsvirdən  bədii  ədəbiyyatda,  tarixdə  və  digər  sahələrdə  istifadə  olunur.  Məsələn  bir 

cinayət yerini, insanların görkəmini və s. 

2.  Göstərmədə hiss üzvlərimizlə predmet və hadisələrlə tanış oluruq. Biz tablo, şəkillərə 

baxdıqda ordakı predmetin bütün əlamətlərini görə bilirik. 




3.  Xarakteristikada  şəxsin,  hadisənin  fərqləndirici  əlamətləri  göstərilir.  Məsələn: 

"Ü.Hacıbəyov  Azərbaycan  milli  musiqisinin  banisidir",  "Aristotelin  yaradıcılığı  antik 

fəlsəfənin zirvəsidir" 

4.Müqayisə  predmet  və  hadisələrin  oxşar  və  fərqli  cəhətlərini  tutuşdurur.  Lakin  elə 

anlayışları müqayisə etmək lazımdır ki, onların gerçəklikdə olan predmet və hadisələr 

tutuşdurulsun. Müqayisə edilən xassə və əlamətlər predmetin və ya hadisənin ən mühüm 

əlamətləri  olmalıdır.  Məsələn:  "Bakı  qara  qızıl  diyarıdır",  "Daşkəsən  Azərbaycanın 

Uralıdır" və s. 

5.  Fərqləndirmə,  predmet  və  hadisələri  başqalarından  fərqləndirən  əlamətlərin 

tapılmasıyla  öyrənilir.  "Sahibsiz  əmlak,  sahibi  bəlli  olmayan  əmlakdır"  və  s.  Cinayət 

bölməsində  çox  isitfadə  olunan  sahədir.  Belə  ki,  əl  izlərinin  fərqindən  geniş  istifadə 

olunur. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin