Mühazirə-6. Hökmlərin modallığı
Plan.
1. Modal hökmlər
2. Hökmlərin aletik modallığı
3. Hökmlərin episdemik modallığı
4. Hökmlərin deontik modallığı
1. Modal hökmlər
Bu vaxta qədər nəzərdən keçirdiyimiz hökmlər predmetlərin xassələrinin,onlar arasındakı
münasibələrin iqrari və inkar edilməsi ilə səciyyələnir.Bu,hökmlərin başlıca
keyfiyyətidir.Onun əsas informasiyaverici funksiyasını ifadə edir.Bununla yanaşı hökmlər
bir sıra əlavə informasiya-predmetlər və onların əlamətləri arasında əlaqələrin
zidd
zidd
xarakteri,hökmün əsaslıq dərəcəsi,qiymətverici,tənzimedici səciyyəsi,zaman asılığı və
s.haqqında məlumatlar verir.
Bu
cür
əlavə informasiya hökmlərin modallığı(modal latınca-növ,üsul,ölçü
deməkdir)adlanır.Həmin
informasiya
cümlələrdə
müəyyən
sözlər
vasitəsilə
bildirilir.Bəzən modallıq qrammatik cəhətdən ifadə olunmur.Bu halda onu fikri təhlil etmə
yolu ilə aşkar edirlər.
Beləliklə, modallıq, hökmdə əks olunan real hadisələr əsasında asılığın xarakteri, onun
məntiqi statusu, qiymətverici-tənzimedici və zaman səciyyəsi haqqında aşkar və qeyri-
aşkar verilən əlavə informasiya deməkdir.
Sadə modal hökmlərin sxemi belə ifadə olunur:M(S-P-dır);M(S-P-deyil).Buradakı M hərfi
modallıq bildirən operatordur.Sadə modal hökm M-operatoru vasitəsilə subyekt və
predikat arasındakı asılılıq xarakteri haqqında məlumat verir.
Modal hökmlər mürəkkəb formada da ola bilir.Mürəkkəb modal hökmlər sadə modal
hökmlərin birləşməsindən yaranır.Mürəkkəb hökmün necə mürəkkəb modal hökmə
çevrildiyini aşağıdakı nümunədə görmək olar:«Əgər torpağa gübrə verilərsə,onun
məhsuldarlığı artır«.Bu mürəkkəb hökmə modallıq bildirən sözlər əlavə etsək,onda
aşağıdakı mürəkkəb hökmü alarıq:«Sübut olmuşdur ki,torpağa gübrə verildikdə,onun
məhsuldarlığı artır».
Modallığın ayrı-ayrı növləri məntiq elminin müxtəlif bölmələrində öyrənilir:«Normalar
məntiqi»,«Vaxt məntiqi»,«Qiymətvermə(aksioloji) məntiq» və s.
Öz intevsivliyinə və təzahür etmə dərəcəsinə görə dəyişən modallığı ferqləndirmək üçün
aşağıdakı üçölçülü bölgüdən istifadə olunur: müsbət , orta və mənfi.Bunlardan birinci və
üçüncü güclü,ikincisi isə orta(zəif) qiymətli səciyyə hesab olunur.
2. Hökmlərin aletik modallığı
Aletik (yunanca həqiqi,zəruri deməkdir) modallıq hökmün subyekti və predikat arasındakı
məntiqi asılığı və ya onun əks etdirdiyi hadisələrin faktik asılığı «Zəruri» və ya «mümkün
olan» sözləri vasitəsilə ifadə edir.
Aletik modallıq hökmün subyekti və predikatı arasındakı məntiqi əlaqələri və yaxud
hadisələr arasındakı faktiki asılığı ifadə etməsinə uyğun olaraq,iki yerə ayrılır:məntiqi
modallıq,faktiki modallıq.
Məntiqi modallıq adından göründüyü kimi,hökmlərin quruluşu və formasına əsasən
onlarən həqiqiliyi və yalanlığını aşkar edir.Bu mənada məntiqi qanunlara uyğun gələn
hökmlər məntiqi həqiqi (işarəsi-M-h),daxilən ziddiyyətli hökmlər isə məntiqi yalan (işarəsi
–M-y) hesab olunur.Məsələn,PV-P hökmü məntiqi həqiqidir,çünki üçüncünü istisna
qanunu ifadə edir.
Faktiki modallıq hökmlərin həqiqiliyinin faktiki şərtlənməsi ilə,yəni onların əks etdirdiyi
hadisələrin real həyatda vəziyyəti ilə bağlıdır.Əgər hökmün terminlərin arasındakı əlaqələr
real predmetlər arasındakı münasibətlərə uyğun gəlirsə, o faktiki həqiqi,uyğun gəlmirsə
,faktiki yalan hökm hesab olunur.
Hökmlərin faktiki modallığı zəruri-təsadüfi və mümkün,qeyri-mümkün sözləri ilə ifadə
olunur.
Hökm elmin qanunları haqqında informasiya verirsə,o faktiki zəruri hesab olunur.Bu
hökmlərin simvolik yazılışı açağıdakı kimidir:«S zərurən P-dir» və ya «S zərurən P-deyil».
Zərurət hökmləri müsbət və ya mənfi səciyyə daşıya bilir.Birinci halda zərurət operatoru
hökmün iqrariliyinə aid olur.İkinci halda isə həmin operator hökmün inkariliyini
bildirir.Zəruri həqiqi və zəruri yalan hökmlər birlikdə faktiki zəruri hökmlər sinfini təşkil
edir.
Bütün yerdə qalan faktiki hökmlər təsadüfi hökmlərə aiddir.Beləliklə faktiki təsadüfi
hökmlər elmin qanunları haqqında informasiya vermir,onların həqiqi və ya yalan olması
konkret empirik şəraitdən asılı olur.
Təsadüfi hökmlər zəruri hökmlər sinfinin əlavəsidir.Buna görə də təsadüfini,zərurinin
inkarı vasitəsilə ilə müəyyən etmək olar.Təsadüfi hökmlər zərurən yalan və bununla yanaşı
zərurən doğru olmayan hökmlərdir.
3. Hökmlərin episdemik modallığı
Episdemik (yunanca epistema sözündəndir,mənası heç bir şübhə doğurmayan, yüksək
dərəcədə dəqiq bilik deməkdir) modallıq hökmdə ifadə olunan biliyin qəbul olunma
səviyyəsini və əsaslılıq dərəcəsini göstərir.
Başqaları tərəfindən irəli sürülmüş mülahizələrin qəbul olunması səviyyəsi bir çox
amillərdən asılıdır.Onların sırasında məntiqdən kənar amillər və məntiqi amillər qrupu
xüsusi yer tutur.Məntiqdən kənar amillərin (rəy sahibinin nüfuzu,praqmatik
mənafe,ənənələr,ictimai və siyasi təlqin etmə və s.) təsiri bir qayda olaraq elm ilə ziddiyət
təşkil edir.Bu təsir sistemli şəkildə özünü göstərdikdə,özgəsinin rəyini kor-koranə qəbul
edilməsinə və bu əsasda da kortəbii doqmatik etiqadların formalaşmasına gətirib çıxarır.Öz
sosial istiqamətinə görə etiqadlar(inamlar) müsbət (məsələn haqq işinə,ədalətə inam) və
mənfi (məs,dini fanatik inam) olur.Epistemik status baxımından yanaşdıqda isə hər cür
inam özgəsinin (həqiqi və ya yalan,mütərəqqi və ya mürtəce) rəyini kor-koranə, məntiqi
süzgəcdən keçirmədən qəbul olunması ilə səciyyələnir.Əgər inamı U operatoru ilə işarə
etsək,onda inam sxemi belə olar:U (p).Oxunuşu «P inam əsasında qəbul olunur».
Məntiqi amillərin təsiri dedikdə bu və ya digər doğru və ya yalan mühakimənin başqa
hökmlərlə əsaslandırılmış olması,yəni onun məntiqi nəticə kimi qəbul edilməsi başa
düşülür.Belə əsaslandırılmış hökmlər elmi xarakter daşıyır.Onlar episdemik bilik hesab
olunur.
Öz əsaslılıq dərəcəsinə görə hökmlərin bir-biri ilə kəsişməyən iki sinfini
fərqləndirirlər:mötəbər (dəqiq) hökmlər, və problematik hökmlər.
Dostları ilə paylaş: |