Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   27   28   29   30   31   32   33   34   ...   53
mühazirə-hamısı

Problematik hökmlər elə hökmlərdir ki,kifayət qədər əsaslandırılmaması üzündən onları 

mötəbər (dəqiq) hesab etmək olmur.Belə hökmlərin həqiqiliyi və ya yalanlığı tam aydın 

olmadığı  üçün  onları  problematik,həqiqətə  bənzər  və  ya  ehtimal  hökmləri 

adlandırırlar.Həmin hökmləri ifadə edərkən «Çox güman ki»,«ehtimal ki»,«ola bilsin ki» 

və s. ara sözlərindən istifadə olunur. 



Hökmlərin  problematikliyi  sübutetmə  və  təkzibetmə  terminlərindən  də  istifadə 

olunur.Əsasən,istintaq  praktikasında  təhqiqat  aparılan  cinayət  işi  ətrafında  problematik 

hökmlər  formasında  versiyalar  irəli  sürülür.Bu  cinayət  axtarışının  düzgün  istiqamətdə 

getməsinə kömək edir. 

                                 4. Hökmlərin deontik modallığı 

Hökmlərin deontik modallığı (deontik yunanca  –borc,vəzifə deməkdir) insanları konkret 

fəaliyyətə  sövq  edir.Belə  sövqetmə,məsləhət,arzu,qadağan,davranış  qaydası  və  ya  əmr 

formasında ifadı olunur. 

Deontik hökmlər təkcə müxtəlif növlü normativ mülahizələri əhatə etmir.Onun tərkibinə 

həm də hüquqi münasibətləri tənzim edən rəsmi qəbul edilmiş,məcburi xarakterli hüquq 

normaları  daxildir.Hər  bir  hüquq  norması  isə  aşkar  və  ya  qeyri-aşkar  şəkildə  normanı 

müəyyən  edən  orqanı,onun  ünvanlandığı  şəxsi  ,yerinə  yetirməli  olan  hərəkəti 

göstərir.Burada həm də normanın deontik səciyyəsi ifadə olunur və onu pozmaq üstündə 

müəyyən sanksiya tətbiq edilir.  

Müxtəlif  hüquqi  münasibətlər  növünü  əhatə  edən  hüquqi  normalarda  vətəndaşların 

hüquqları və ona müvafiq vəzifələri qeyd olunur. 

Qadağan edici normalar «qadağandır»,«ola bilməz»,«ixtiyarı yoxdur»,«yol verilmir» və s. 

Sözlər vasitəsilə ifadə olunur.Cinayət haqqında hərəkətin qadağan olunması,onu pozmaq 

üsdündə  sanksiya  göstərməklə  də  ifadə  olunur.Məsələn:  «Ehtiyatsızlıq  üzündən  adam 

öldürmək 3 ilədək həbs cəzası ilə cızalandırılır» .Belə halda qadağan edici normanın sxemi 

d---›S olur.Oxunuşu «Əgər d-hərəkəti edilmişsə,onda S sanksiya tətbiq olunur». 

İcazə  verici  normalarda  işlənən  əsas  sözlər  aşağıdakılardır.«ixtiyarı  vardır»,«hüququ 

vardır»,«haqlıdır»,«ola  bilər»,«qəbul  edilə  bilir»  və  s.Məsələn  «Hər  bir  vətəndaş 

məhkəməyə müraciət etmək hüququ vardır».Belə hökmlər aşağıdakı sxem üzrə yazılır-P-

(d),yəni d hərəkətini etməyə icazə verilir. 

Qeyd  olunmalıdır  ki,bocluluq  və  qadağan  bildirən  operatorlar  güclü,icazə  bildirən 

operatorlar isə zəif deontik səciyyı daşıyır. 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin