1. Çevirmə. Hökmlərin çevrilməsində məqsəd subyektin başlanğıc hökmün
redikatına zidd olan məfhuma qarşı münasibətini bildirməkdən ibarətdir. Hökmün
məzmununun dəyişilməsi üçün predikatın əvvəlinə çox vaxt qeyri sözü əlavə olunur.
Ümumi iqrarı, ümumi inkarı, xüsusi inkarı hökmləri çevirmək olar.
Çevirmə vasitəsilə yaranan hökm kəmiyyətini saxlayır, ancaq başlanğıc
hökmün subyekti isə dəyişmir.
2. Dəyişmə. Hökmün predikatının həcmini və onun subyektə olan münasibətini
dəqiqləşdirmək üçün dəyişmədən istifadə olunur. Bunun nəticəsində başlanğıc
hökümdə subyekt predikatın, predikat isə subyektin yerinə keçir. Yeni hökmün
predmeti ( nəticəsi) subyekt tərəfindən deyil, müqəddimənin predikatı tərəfindən
ifadə olunan fikir, mülahizədən ibarət olur.
Sadə ( və ya təmiz) dəyişmədə hökmün kəmiyyəti dəyişmir. Hökmlər o vaxt
sadə yolla dəyişə bilər ki, subyekt və predikatın həcmi bərabər olsun, yəni hər ikisi
ehtiva olunmuş olsun.
Kəmiyyət və keyfiyyət üzrə müxtəlif olan hökmlərin dəyişilməsinə nəzər
salaq. Ümumi iqrarı hökm (A) bu hökmdə predikat ehtiva olunmadığına görə
məhdudlaşdırma yolu ilə xüsusi iqrari ( İ ) hökmə dəyişir. Məsələn, “ bütün
Azərbaycanlılar (S) qanun və məhkəmə qarşısında bərabərdirlər (P)” başlanğıc
hökmündə predikat ehtiva olunmamışdır. Hökmü dəyişərkən belə bir məntiqi
prinsipə əsaslanmaq lazımdır: müqəddimədə ehtiva olunmamışdır.Hökmü
dəyişərkən belə bir məntiqi prinsipə əsaslanmaq lazımdır: müqəddimədə ehtiva
olunmayan istilah nəticədə də ehtiva olunur.
Xüsusi iqrarı hökm (İ) sadə yolla xüsusi iqrarı hökmə (İ) dəyişir.
Dostları ilə paylaş: |