Mövzu-9. Sillogizm
Sadə Qəti Sillogizmlər
Deduktiv əqli nəticənin ən çox işlədilən növü sadə qəti sillogizmlərdir. Sillogizm elə əqli
nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə
hökmü çıxarılır. Sadə qəti sillogizmlər 3 hissədən ibarət olur. İki müqəddimə (böyük və kiçik
müqəddimələr) və nəticə. Məsələn: M- orta termin, S - subyekt , P - predikatdır.
Hər cür cinayət (M) qanun pozuntusudur(P).
Oğurluq işi (S) cinayətdir (M).
Oğurluq işi (S) qanun pozuntusudur (P).
Sillogizmdə düzgün nəticə almaq üçün sillogizm aksiomuna fikir vermək lazımdır: iki həqiqi
hökm bir biri ilə düzgün əlaqələndirildikdə nəticə də düzgün alınmalıdır.Hər bir sillogizmin
qaydaları vardır ki, onlara əməl edilməlidir. Bunlar:
Terminlərin qaydaları : 1. Hər bir sillogizmdə 3 termin olmalıdır, az və ya çox olarsa nəticə
almaq mümkün deyil. 2. Orta termin heç olmasa müqəddimlərin birində ehtiva olunmalıdır.
3.Orta terminlər eyni mənalarda işlənməlidir.
Dostları ilə paylaş: |