Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   36   37   38   39   40   41   42   43   ...   53
mühazirə-hamısı

3.  Qarşılaşdırma. Hökmlərin qarşılaşdırılması elə ( bilavasitə) əqli nəticədir ki, 

burada hökm 2 dəfə dəyişikliyə uğrayır, yəni hökm dəyişir, həm də çevrilir. Hökmlər 

2 cür qarşılaşdırılır: subyektə görə, predikata görə. 



4.   Məntiqi kvadrat üzrə əqli nəticə. Məntiqi kvadrat sxemində nümayiş etdirilən 

A,E,İ,O    qəti  hökmlər  arasındakı  münasibəti  nəzərə  alaraq  bir  hökmün 

həqiqiliyindən və yalanlığından, digər hökmün həqiqiliyi və ya yalalığı nəticəsini 

çıxarmaq olar. 

 

Vasitəli  əqli nəticənin geniş yayılmış növü sadə qəti sillogizimdir ki, onun 



nəticəsi iki qəti hökmdən alınır. Məsələn,  

1.  Müstəqil dövlətlərin (S) öz milli ordusu vardır (P)” və  

2.  “ Azərbaycan (S) müstəqil dövlətdir( P )” 

3.  “Azərbaycanın da öz milli ordusu vardır”. 

Həmin sadə qəti sillogizimin nəticəsi də qəti hökmdür.  

Sillogizimdə üç istilah (termin) iştirak edir. Onlardan biri latın dilində (S) hərfi 

ilə ( kiçik istilah ), ikincisi “P” hərfi ilə ( böyük istilah ) adlanır.  

Sillogizimin analizi üçün müqəddimələri müəyyən ardıcıllıqla düzmək lazımdır: 

böyük müqəddimə birinci yerdə, kiçik müqəddimə isə ikinci yerdə durmalıır.  

Müqəddimələr sillogizimdəki yerlərinə görə deyil, onlara daxil olan islahatlarla 

fərqlənir. Əvvəlcə istilahların qaydalarını nəzərdən keçirək. 

1-ci qayda : hər bir sillogizimdə üç istilah iştirak etməlidir.  

Sillogizimdə nəticə iki kənar istilahın orta istilaha olan münasibətinə əsaslanır. 

Buna görə onda istilahların sayı 3-dən nə çox nə də az olmalıdır.  

2-ci qayda: orta istilah müqəddimələrin birində hökmən ehtiva olunmalıdır. 

3-cü  qayda  (kənar  islahatlara  aiddir):  müqəddimədə  ehtiva  olunmayan  istilah 

nəticədə də ehtiva oluna bilməz. 

2. Müqəddimələrin qaydaları. 

1-ci qayda: iki inkarı müqəddimədən nəticə çıxarmaq olmaz  

2-ci qayda: müqəddimələrin biri inkarı olarsa, nəticə də inkari olmalıdır. 




Sillogizmin  aksiomu  dedikdə  isə  onun  nəticələrinin  doğruluğunu  əsaslandıran 

müddəa  nəzərdə  tutulur.  Mövcud  çoxluğu  (sinfi)  təşkil  edən  predmetlərin  hamısı 

haqqında təsdiq və ya inkar edilən fikir, həmin çoxluğa (sinfə) daxil olan hər bir 

predmet haqqında təsdiq və ya inkar olunur.  

3-cü qayda: müqəddimələrin  hər ikisi xüsusi olarsa, nəticə çıxarmaq olmaz.  

4-cü qayda: müqəddimələrin biri xüsusi olarsa, nəticə də xüsusi olmalıdır. 

Əgər müqqədimələrin biri  ümumi iqrarı, digəri isə xüsusi iqrari ( A,İ ) olarsa, 

onda yalnız ümumi  iqrarı islahatlardan biri ( S )  ehtiva olunur.  

Sadə sillogizmin müqəddimələrində orta istilah subyekt və predikatın yerini tuta 

bilər.  Sillogizmin  fiqurları  onun  müxtəlifliyini  bildirir  və  müqəddimələrdə    rta 

istilahın vəziyyətini fərqləndirməyə imkan verir.   

Sillogizmin müqəddimələri kəmiyyət və keyfiyyət  üzrə fərqlənən hökmlərdən 

ibarət olur: ümumi iqrari ( A ), ümumi inkarı (E), xüsusi iqrari (İ) və xüsusi inkari ( 

O). 


Sillogizmin fiqurları üzrə düzgün nəticə verən modusları mexaniki sürətdə yadda 

saxlamaq  çətin  olur.  Odur  ki,  həmin  modusları  asanlıqla  yadda  saxlamaq  üçün 

klassik məntiqin qanuni şəklə saldığı “şerdən” istifadə olunur.  Latın dilində olan  bu 

“şer” müxtəlif dllərə tərcümə olunmasa da, onun vasitəsilə sillogizmin moduslarını 

hafizəmizdə  yaxşı yadda saxlaya bilərik.  

Birinci fiqurun xüsusi  qaydaları: 

1.  böyük müqəddimə bir qayda olaraq ümumi hökmlərdən. 

2.  kiçik müqəddimə isə iqrari hökmlərdən ibarətdir. 

 

Birinci fiqur deduktiv əqli nəticənin ən tipik formalarından biridir. Bu fiqur 



idrak prosesində və praktikada mühüm rola malikdir, bu fiqurun modusları hər 


cür  nəticə  çıxarmağa  imkan  verir.  Birinci  fiqurun  modusları  çox  zaman  elm 

qanunlarını, hüquq normalarını əks etdirir. 

Ikinci fiqurun xüsusi qaydaları:  

1.  böyük müqəddimə ümumi hökmlərdən ibarətdir. 

2.  müqəddimələrin biri və bütövlükdə nəticə inkarı hökmlərdir. 

Üçüncü fiqurun xüsusi qaydaları : 

1.  kiçik müqəddimə iqrarı hökmlərdir. 

2.  nəticə isə xüsusi hökmlərdən ibarətdir. 

Dördüncü fiqurun xüsusi qaydaları :  

1.  müqəddimələrin  biri  inkardırsa,  onda  böyük  müqəddimə  ümumi  hökm 

olmalıdır. 

2.  böyük müqəddimə iqrari hökmdürsə, onda kiçik müqəddimə ümumi hökm 

olmalıdır. 

3.  kiçik müqəddimə iqrari hökmdürsə onda nəticə xüsusi hökm olmalıdır. 

Əqli  nəticə  nəinki  sadə,  həm  də  mürəkkəm  hökmlərdən  yaranır. 

Müqəddimələri şərti və təqsimi hökmlərdən ibarət olanvə bir  – biri ilə qəti  

hökmlərlə  birlikdə  müxtəlif  birləşmələrdə  çıxış  edən  əqli  nəticədən  geniş 

istifadə  olunur.  Mürəkkəb  hökmlərdən  yaranan  əqli  nəticələrə  mürəkkəb 

sillogizimlər  deyilir.  Mürəkkəb  sillogizimlərin  şərti,  təqsimi,  ixtisari  və 

mürəkkəb ixtisari növləri vardır. 

1. şərti sillogizimlər və onların növləri: şərti sillogizimlərin 3 növü vardır: 

A təmiz şərti 

    B şərti qəti 

 V şərti təqsimi 

A-  təmiz  şərti  sillogizimlərdə  hər  iki  müqəddimə  və  nəticə  şərti 

hökmlərdən ibarət olur. 




B- şərti qəti sillogizimlərdə böyük müqəddimə şərti, kiçik müqəddimə 

və nəticə isə qəti hökmlərdən ibarət olur.  

V- şərti təqsimi sillogizim. Bu cür sillogizimdə böyük müqəddimə şərti, 

kiçik müqəddimə və nəticə təqsimi hökmlərdən ibarət olur.  

2. Təqsimi sillogizimlər və onların növləri. Şərti sillogizimdə olduğu 

kimi təqsimi sillogizmində 3 növü vardır:  

A təmiz təqsimi 

B təqsimi qəti 

V təqsimi şərti 

 

A-təmiz  təqsimi  sillogizmlərin  hər  iki  müqəddiməsi  və  nəticəsi  təqsimi 



hökmlərdən ibarət olur. 

 

B-təqsimi qəti sillogizmlərdə böyük müddətdə təqsimi, kiçik müqəddimə qəti 



hökmlərdən ibarət olur. Təqsimi qəti sillogizmin iki düzgün modusu vardır.  

1. iqrar edərək inkar edən 

2. inkar edərək iqrar edən. 

V-təqsimi şərti sillogizmdə müqəddimələrdən biri ( birincisi)  təqsimi, kiçik 

müqəddimə və nəticə isə şərti hökmlərdən təşkil olunur. 

Iki müqəddiməvə nəticədən ibarət olan sillogizm tam sillogizm adlanır. Bu 

cür sillogizmlər əvəllki bölmə və paraqraflarda nəzərədən keçirilirdi. Praktikada isə 

müqəddimələrindən  biri  və  ya  nəticəsi  aydın  şəkildə  ifadə  olunmayan,  lakin 

nəzərədə tutulan sillogizmlərdən də tez tez istifadə olunur. 

Düşüncə  prosesində  sadə  sillogizmlər  bütöv  sillogizm  sistemi  zənciri 

yaradaraq, bir-biri ilə məntiqi əlaqədə çıxış edir. Bura da əvvəlki sillogizmin nəticəsi 

sonraki  sillogizmin  müqəddiməsi  olur.    Əvvəlki  sillogizmə  prosillogizm,  sonraki 

sillogizmə  isə  episillogizm  deyilir.Əvvəlki  sillogizmin  nəticəsi  (prosillogizm), 



sonraki 

sillogizmin 

müqəddiməsi(episillogizm) 

olan 


sadə 

sillogizmin 

birləşməsindən əmələ gələn sillogizmə polisillogizm deyilir. Polisillogizmn iki növü 

vardır: 


1.  proqresiv ( yüksələn) 

2.  reqresiv (enən) sillogizm 

Düşüncə prosesində  polisillogizm adətən mürəkkəb forma qəbul edir, onun  

bir neçə müqəddiməsi buraxılır.Belə polisillogizm Sorit (Yunan Sorit-topa) adlanır. 

Sorit mürəkkəb sillogizmin elə növüdür ki, burada bir sıra müqəddimələr vasitəsilə 

yalnız son nəticə çıxarılır, qlan aralıq nəticələr isə deyilmir fikridə nəzərdə tutulur. 

 

Soritin 2 növü vardır: Aristotelin soriti, Qoklen soriti 



Aristotel  soritində  kiçik  müqəddimə,  Qoklen  soritində  isə  böyük  müqəddimə 

buraxılır.  Bundan  başqa  Aristotel  soritində  əvvəlki  hökmün  subyekti  sonuncu 

hökmün predikatıdır. Qoklen soritində isə əksinə, əvvəlki hökmün predikatı sonrakı 

hökmün subyekti olur. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin