Ilk növbədə bir qayda olaraq hadisələrin izahı problematik xarakter daşıyır.
Yeni biliklərin meydana gəlməsi prosesində mühüm rol hipotezaya aiddir.
Hipoteza tədqiq olunan hadisələrin xassə və səbəblərini izah edən
əsaslandırılmış müddəalardan ibarət insan biliklərinin inkişaf formasıdır.
Hipotezanın mühüm əlamətlərini nəzərdən keçirək.
1) Hipoteza təfəkkürün əsas xassələrini əvvəlcədən müəyyən edən biliyin elə
formasıdır ki, o daim hərəkət edir, dərinləşir və inkişaf edir.
Biliyin inkişaf forması kimi hipoteza tədqiq olunan hadisənin xassə və
səbəblərini müəyyən etmək üçün irəli sürülən ayrı-ayrı müddəalar və yaxud onların
kompleksi kimi özünü göstərir.
2) Hipotezanın qurulması tədqiq olunan hadisəni izah edən müddəanın irəli
sürülməsi ilə həmişə müşayət olunur. O bir qayda olaraq ayrı-ayrı faktların və ya
hadisələrin qanunauyğun əlaqələri haqqında ayrıca hökm və ya hökmlər sistemi
formasında çıxış edir.
3) Hipotezanın qurulması zamanı meydana gələn müddəa müxtəlif
müşahidələrin ümumiləşdirilməsi zəmnində faktiki materialların analizi nəticəsində
yaranır. Deməli, hipoteza sadəcə olaraq hər hansı güman, fərz, fantaziya deyil,
konkret materiallara əsaslanan müddəadır.
Tədqiqat obyektindən asılı olaraq hipotezanın ümumi xə xüsusi növlərini
göstərmək olar.
1) ümumi hipoteza təbii və ictimai hadisələrin qanunauyğunluqları
haqqında əsaslandırılmış müddəadır.
2) Xüsusi hipoteza fərdi faktların, konkret hadisələrin və onların
xassələrinin meydana gəlməsi haqqında əsaslandırılmış müddəadır.
Xüsusi hipotezalar həm təbii, həm də ictimai-tarixi elmlərdəözünün tətbiqini
tapır. Elmdə ümumi və xüsusi hipotezadan başqa “iş hipotezası” terminindən də
istifadə olunur.
Iş hipotezası tədqiqatın ilk mərhələsində irəli sürülən müddəadır.
Məhkəmə istintaq praktikasında ayrı-ayrı faktalar və ya hadisələr
kompleksini izah edən zaman tez-tez bir sıra hipotezalar irəli sürülür ki, bunlar da
faktları müxtəlif cür izah edir. Bu cür hipoteza variant adlanır.
Naməlum səbəbə dair variant yaradılan zaman burada ümumi müddəa, inkişaf
prinsipi və ya obyektiv qanunauyğunluq deyil, fərdi cinayət hallarından irəli gələn
konkret faktiki hadisələr kompleksi çıxış edir.
Ümumi variantın yoxlanması xüsusi tərəflərin, ayrı-ayrı faktların və cinayət
hadisələrinin başqa cür deyil, məhz ardıcıl izahı ilə çaş verir.
Xüsusi variantların köməyi ilə alınan biliklər bütövlükdə cinayət əməlini izah
edən ümumi variantların qurulması, konkretləşdirilməsi və dəqiqləşdirilməsinin
əsasını təşkil edir.
Hipotezanın inkişaf prosesi iki əsas mərhələdən keçir. Birinci mərhələ elmin
bu və ya digər faktları və müddəaları əsasında hipotezanın irəli sürülməsindən, ikinci
mərhələ isə hipotezanın yoxlanmasından ibarətdir.
1) hipoteza əsas fəlsəfi kriteriyalara cavab verməlidir.
2) Hipotezanın əsas məzmunu mövcud sistemdə müəyyən edilmiş qanunlarla
ziddiyyət təşkil etməməlidir.
3) Hipotezanı irəli sürərkən onun köməyi ilə faktların və ya hadisələrin hər
hansı bir hissəsini deyil, onu bütövlükdə izah etməyə cəhd etmək lazımdır.
4) Hipotezanın məzmununu təşkil edən ehtimallar məntiqi cəhətdən
ziddiyyətli olmamalıdır, daha doğrusu, biri digərinin formal məntiqi inkarı
olmamalıdır.
Hipoteza o zaman əsaslı və etibarlı hesab oluna bilər ki,, onu emprik və
nəzəri cəhətdən sübut etmək mümkün olsun.
Idrak praktikasında yuxarıda qeyd olunan üsullarla hipotezanın yoxlanması,
onu həqiqi biliyə çevrilməsiheş də həmişə mümkün olmur. Buna görə də hipotezanın
yoxlanması ən çox aşağıdakıkimi baş verir. Hipotezanın əsas məzmunundan nə
qədər mümkündürsə, daha çox nəticə çıxarmağa cəhd olunur.
Hipotezanın yoxlanması, onun əvvəllər məlum olmayan gerçək faktları təsvir
və izah edən nəticələrinin praktiki təsdiqi prosesində hipotezanın elmi nəzəriyyə ilə
əlaqəsi aşkar edilir.
Elmi nəzəriyyə ilə hipotezanın qırılmaz əlaqəsi onlarda obyektiv həqiqi
biliklərin mövcud olması ilə izah olunur.
Eyni zamanda, onların onların arasında həqiqətin meyarı kimi praktikanın
nisbiliyindən irəli gələn fərqli cəhətlər vardır:
1) müəyyən biliklər sistemini əks etdirən nəzəriyyənin öz predmet sahəsi vardır;
2) nəzəriyyə gerçəkliyə uyğun hadisə və proseslərin adekvat inikası olmalıdır;
3) nəzəriyyə onun öyrəndiyi sahəyə daxil olan bütün ünsürlərin qarşılıqlı
əlaqəsini obyektiv və hərtərəfli təhlil etməlidir;
4) nəzəriyyə insanların maddi istehsal praktikasında yoxlanmaqla praktikanın
artan təlabatına cavab verməlidir;
5) nəzəriyyə həqiqi və uzun ömürlüyünə görə səciyyələnir;
6) nəzəriyyə məntiqi ziddiyyətə yol verməməli, real faktlara uyğun gəlməlidir.
Hipotezanın əsaslı olması üçün aşağıdakı məntiqi-metadoloji tələblərə əməl
olunmalıdır.
1) hipoteza ziddiyyətsiz olmalıdır, yəni nəzəri müddəa başlanğıc emprik baza ilə
ziddiyətsiz təşkil etməməlidir;
2) hipoteza prinsip etibarilə yoxlanmalıdır. Yoxlanmayan hipoteza daimi olaraq
problematik xarakter daşıyır və heç zaman həqiqi biliyə çevrilə bilmir.
3) hipoteza empirik və nəzəri cəhətdən əsaslandırıldıqda həqiqi hesab olunur,
hipotezanın ehtimalılığı onun əsaslandırılması dərəcəsindən asılıdır.
4) Hipotezanın evristik funksiyası onun informativliyi ilə ilə müəyyən olunur,
bu da yeni,hələ məlum olmayan faktların tapılması qabiliyyətində ifadə
olunur və səmərəli şərh olunmağa imkan verir.
Dostları ilə paylaş: