Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   43   44   45   46   47   48   49   50   ...   53
mühazirə-hamısı

                                              

                                   

Mövzu-11. Analogiya 

                                               Plan: 

1.  Analogiya üzrə əqli anlayışı və onun strukturu. 

2.  Analogiyanın növləri 

3.  Analogiya üzrə nəticənin mötəbərliyini təmin edən şərtlər. 

4.  Analogiyanın dərketmə əhəmiyyəti 

 

İnduktiv və deduktiv əqli nəticə ilə yanaşı olaraq ayrıca predmet və ya predmetlər 



qrupu haqqında məlum bilikdən digər predmet və ya predmetlər qrupu haqqında yeni 

biliyə məntiqi keçidin üsullarından biri də analoji əqli nəticədir. 

“Analogiya” anlayışı qədim yunan dilində uyğunluq, oxşarlıq, nisbət mənasını 

ifadə edir. 

Sonralar  “Analogiya”  anlayışından  daha  geniş  mənada,  yəni  predmet  və 

hadisələrin oxşarlığını, onların münasibətlərinin eyniliyini ifadə etmək üçün istifadə 

etmişlər.Nəinki yalnız predmetlər, tarixi hadisələr, həm də anlayışlar, fikirlər də bir-

biri  ilə  oxşar  ola  bilərlər.  Məs,Hegel  varlıq  və  şüurun  qarşılıqlı  nisbəti  haqqında 

Platonun görüşlərinə uyğun analoji fikir irəli sürmüşdürş “Analogiya” anlayışının 

çoxmənalılığı  onun  geniş  yayılmasının,  təfəkkür  və  elmi  idrak  praktikasında 

hərtərəfli tətbiq olunmasının nəticəsidir. 

Analoji əqli nəticə bir hadisənin başqa bir hadisə ilə oxşarlığı əsasında çıxarılan 

nəticədir. Çıxarılan nəticə müxtəlif predmet və hadisələr arasındakı oxşar, xüsusilə 

ümumi və mühüm əlamətlərə əsaslanır. Elmdə və insanların praktiki fəaliyyətində  

çox  vaxt  fərdi  hadisələr,  proseslər  tədqiq  olunur,  sonra  isə  onların  əsasında 

hadisələrin məlum olmayan  əlamətləri, xassələri müəyyənləşdirir. Bu halda  başqa 

bir  fərdi  hadisədə  əvvəlcə  əldə  olunun  biliyə  əsaslanaraq  bir  hadisə    digərinə 

oxşadılır və bu oxşarlığa əsasən yeni bilik əldə edilir. 

Oxşar  obyektlərin  xarakteri  üzrə  analogiyanın  iki  növünü  qeyd  etmək  olar: 

predmetlərin 

analogiyası 

və 


münasibətlərin 

analogiyası. 

Predmetlərin 

analogiyasında iki fərqli predmetlər oxşarlığın obyekt kimi çıxış edir. Predmetlər 




xassələrinin oxşarlığına görə də müqayisə oluna bilər. Əgər predmetlər xassələrinə 

görə müqayisə olunarsa bunaxassələr analogiyası deyilir. 

Münasibətlər  analogiyasında  iki  cüt  predmet  arasındakı  münasibət  oxşarlıq 

obyekti kimi çıxış edir, köçürülən əlamət isə həmin münasibətlərin xassəsini ifadə 

edir.  Formal  məntiqlə  dialektik  məntiq  arasındakı  oxşarlığıarifmetika  ilə  ali 

riyaziyyat  arasındakı  oxşarlıqla  müqayisə  etmək  olar.  Lakin  buradan  belə  nəticə 

çıxarmaq olmaz ki, formal məntiq arifmetikaya, dialektik məntiq isə ali riyaziyyata 

oxşardır. Bu elmlərin predmet sahələri tamamilə müxtəlifdir,lakin onlar arasındakı 

münasibət müəyyən oxşar xassələrə malikdir. 

Münasibətlər  analogiyasını  predmetlər  analogiyası  ilə  eyniləşdirmək  hallarına 

insanların  gündəlik  praktikasında  rəst  gəlmək  olar.  Lakin  predmetlər 

analogiyasından  fərqli  olaraq  münasibətlər  analogiyasının  əsasında  predmet  və 

hadisələrin modelləşdirilməsi metodu durur ki, bu metoddan da elm və texnikanın 

müxtəlif sahələrində geniş istifadə olunur. 

Analogiya  üzrə  alınan  biliklər  özünün  mötəbərliyinə  görə  eyni  cür  olmur:  bir 

halda nəticə problematik xarakter daşıyır, digər halda etibarlı, mötəbər xüsusiyyətə 

malik olur. 

Analogiya  üzrə  nəticənin  dəyəri  müqayisə  olunan  obyektlər  haqqında  olkin 

biliklərin xarakteri ilə müəyyən olunur:  

1.  obyektlərin oxşarlığı 

2.  onlar arasındakı fərq 

3.  oxşar və köçürülən əlamətlər arasında asılılığın xarakteri. 

 

1.  Obyektlərin oxşarlığı, müqayisə olunan predmetlərin və ya münasibətlərin  



oxşar  əlamətlərinin  müəyyən  edilməsi  analogiya  üzrə  əqli  nəticəni  tətbiq  etməyə 

xidmət edir. 

     2.  Oxşadılan    obyektlər  arasında  fərq  analogiya  üzrə  nəticəni  əsaslandırmağın 

vacib şərti kimi oxşar obyektləri fərqləndirən əlamətlərin hesaba alınmasıdır. 

     3. Əlamətlər arasındakı əlaqənin xarakterindən asılı olaraq mötəbər nəticə verən 

ciddi analogiyanın nəticəsi problematik xarakter daşıyan qeyri ciddi analogiyadan 

əlaqələndirmək lazımdır. 

    1. Ciddi analogiyanın fərqləndirici xüsusiyyəti köçürülən əlamətlə oxşar əlamət 

arasındakı zəruri əlaqədir. 

    2. Qeyri ciddi analogiya elə oxşarlıqdır ki, oxşar və köçürülən əlamət arasındakı 

asılılıq yalnız çox və ya az ehtimallıq dərəcəsi üzrə zərurət kimi təsəvvür olunur.bu 

halda başqa obyektdə oxşar əlamət aşkar edildikdə köçürülən  əlamətin sonuncuya 

aid olması haqqında problematik nəticə çıxarılır. 

 

Qeyri  ciddi  analogiyada  nəticənin  ehtimallıq  dərəcəsinin  yüksəldilməsi 



şərtləri aşağıdakılardan ibarətdir: 


     1)  predmetlərin  oxşarlığı  mühüm  və  zəruri  əlamətlərin  çoxluğundan  xeyli 

dərəcədə asılıdır. Mühüm əlamətlərin oxşarlığı çox olduqca analogiya üzrə nəticə də 

bir  o  qədər  əsaslı  olur;  2)  oxşar  predmetlər arasında  mühüm fərqlər  olmamalıdır; 

3)oxşar  və  köçürülən  əlamətlər  arasındakı  asılılıq  haqqında  biliyin  ehtimallıq 

dərəcəsi  nəzərdə  tutulmalıdır.  Müqayisə  olunan  predmetlərdə  oxşar  əlamətlərin 

kifayət qədər olmadığı müəyyən edildikdə və yaxud oxşar və köçürülən əlamətlər 

arasındakı  asılılıq  zəif  formalarda  müəyyən  edildikdə  analogiya  üzrə  nəticə  az 

etibarlı olur. 

 

Beləliklə, müqayisə edilən  obyektlər oxşar əlamətlərinin sayı nə qədər çox 



olarsa,  nəticənin  ehtimallıq  dərəcəsi  də  bir  o  qədər  çox  olacaqdır.müxtəlif  tarixi 

hadisələr  arasında  analogiya  apararkən,  hər  şeydən  əvvəl,  hadisələrdəki  oxşar, 

ümumi  əlamətlərlə  yanaşı  mühüm  əlamətlərvə  xassələrdə  əsas  götürülməlidir. 

Analoji  əqli  nəticə  üçün  müqayisə  olunan  obyektlərin,  hadisələrin  təxmini  oxşar 

əlamətləri  xassələri  deyil,  oxşar  və  mühüm  əlamətlər  kompleksində 

müəyyənləşdirilmiş  konkret  xassə  və  tərəflər  də  əsas  götürülməlidir.  Əgər  belə 

oxşarlıqlar yoxdursa, bu cür analoji əqli nəticələri doğru hesab etmək olmaz. 

 

Hər  şey  müqayisədə  dərk  olunur.  Bu  və  ya  digər  obyektin  yaxşı  və  pis 



olmasını müəyyən etmək üçün onu başqası ilə müqayisə etmək lazımdır. Müqayisə 

qarşı-qarşıya qoyulan predmetlərdə ümumiliyin və fərqli cəhətlərin xarakterini aşkar 

etməyə imkan verir və alınan nəticənin ehtimallıq dərəcəsinə əsaslı surətdə təsir edir. 

 

Qədim  insanların  təbiət  və  cəmiyyət  hadisələri  haqqında  bilikləri  məhdud 



olduğuna görə onların mühakimələrində də analogiya natamam, qeyri mükəmməl 

xarakter  daşıyardı.  Qədim  dövrlərdə  obyekt  və  hadisələrin  müqayisəsi,  çox  vaxt 

təsadüfi    əlamətlər  üzrə  aparılır  və  analogiyada  daha  çox  zahiri  oxşarlığa  diqqət 

yetirilirdi. Bu cür analogiya üzrə çıxarılan nəticə də həqiqətən uzaq olur və reallığı 

düzgün əks etdirmirdi. 

 

Təbətşünaslıqda  və  ictimai  elm  sahəsindəki  kəşflər,  o  cümlədən  ayrı-ayrı 



konkret faktların insanların idrak və praktiki fəaliyyətində analoji  əqli nəticələrin 

istifadə  etməyin  zəruri  şərtini  təşkil  edir.  Analogiyanın  köməyi  ilə  bir  sıra 

hipotezalar irəli sürülmüşvə sonralar praktikada özünün təsdiqini tapmışdır. 

 

 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin