Ixtisari və mürəkkəb ixtisari sillogizimlər
Çox vaxt niqt prosesində, praktikada müqəddimələrdən bəzisi buraxılır, buraxılan hissələr isə
öz özünə düşünülür. Bu cür sillogizmlərə entimema deyilir. Entimema 3 cür olur. Böyük
müqəddiməsi buraxılan, kiçik müqəddiməsi buraxılan və nəticəsi buraxılan. Entimemanın
əhəmiyyəti odur ki, fikirdə yığcamlıq yaradır və insanı düşünməyə vadar edir. Qəti
sillogizmlərdən başqa təqsimi, şərti əqli nəticələrdə də entimema ola bilər. Məsələn: "Bu iş
üzrə bəraətverici hökm çıxarmaq olmaz, o müqəssirləndirici olmalıdır" təqsimi-qəti
sillogizmində böyük müqəddimə -bu iş üzrə ya bəraətverici, ya da müqəssiredici hökm çıxarıla
bilər- ixtisar oluna bilər.
Mürəkkəb ixtisadi sillogizmlər Polisillogizm adlanır, bu bir neçə sadə qəti sillogizmin
birləşməsindən əmələ gəlir və iki növü: yüksələn , enən növləri mövcuddur. Məsələn: Hüquq
pozuntusu cinayət işidir
Adam öldürmək hüquq pozuntusudur
Balta ilə boyun vurmaq adam öldürməkdir
Məcid balta ilə boyun vurmuşdur
Məcidin hərəkəti cinayət işidir.
Polisillogizmlərin xüsusi növlərindən biri də solitlərdir. Polisillogizmin aralıq nəticələri
buraxdıqda yaranan bütöv əqli nəticələrə deyilir.
İxtisari sillogizmlərin mürəkkəb formalarından biri də Epixeyremadır. Burada hər iki
müqəddimə entimemalardan əmələ gəlir. Məs: İctimai faydalı əmək hörmətə layiqdir, çünki o
cəmiyyətin inkişafına kömək edir.
Müəllim əməyi ictimai faydalı əməkdir, çünki o yetişməkdə olan nəslə təlim tərbiyə verir.
Müəllim əməyi hörmətə layıqdir.
Dostları ilə paylaş: |