Müqəddimələrin qaydaları: 1. İki inkari hökmdən nəticə almaq olmaz. Ən az biri iqrari
olmalıdır. 2.Müqəddimələrdən biri inkaridirsə, nəticə də inkari olacaqdır. 3. İki xüsusi
hökmdən nəticə çıxmır. Ən az biri ümumi olmalıdır və Müqəddimələrdən biri xüsusidirsə
nəticə də xüsusidir.
Fiqurların qaydası: terminlərin yerindən asılı olaraq fiqurlar meydana gəlir ki, hər bir fiqurun
da öz qaydası var. 4 fiqur mövcuddur.
(
FİQURLARI ÖZÜNÜZ ÇƏKİN MƏNDƏ
ALINMIR.)
Birinci fiqurda - böyük müq. ümumi, kiçik müq. iqrari olmalıdır. İkinci
fiqurun qaydası - böyük müq. ümumi, müq.lərdən biri inkari. Üçüncü fiqurun qaydası - kiçik
müq. iqrari, nəticə xüsusi. Dördüncü fiqurun qaydası isə birinci fiqururn qaydası ilə eynidi.
Sillogizmin fiqur və modusları
Sillogizmlərdə orta terminin yerinin dəyişməsindən asılı olaraq sillogizmin 4 fiquru meydana
çıxır. Sillogizmin düzgün qurulması üçün hər bir fiqurun qaydası ödənməlidir. Həmçinin
sillogizmin modusları anlayışı da var ki, burda söhbət müqəddimələrdəki hökmlərin kəmiyyət
və keyfiyyətə görə bir-birindən fərqlənməsidir. Moduslar təhlil aparan zaman meydana çıxır,
lakin əvvəlcədən hər bir fiqur üçün hesablanmış stabil moduslar mövcuddur.
Birinci fiqur: Böyük müqəddimə ümumi, kiçik müqəddimə isə mütləq iqrari olmalıdır.
Modusları: AAA, AEA, Aİİ, EİO
Bütün ağaclar (M) bitkidir (P)
Cökə (S) ağacdır (M)
Cökə (S) bitkidir (P).
İkinci fiqur: Böyük müqəddimə ümumi, müqəddimələrdən biri isə inkari olmalıdır.
Modusları: EAE, AEE, EİO, AOO
Bütün vicdanlı adamlar(P) faydalı əməklə məşğul olurlar(M)
Həsən (S) faydalı əməklə məşğul olmur(M)
Həsən (S) vicdanlı adam deyil (P)
Üçüncü fiqur: kiçik müqəddimə iqrari, nəticə xüsusi olmalıdır.
Modusları: AAİ, Aİİ, EAO, EİO.
Bütün metallar (M) sadə cisimlərdir (P)
Bütün metallar (M) elektrik keçirəndir(S)
Bəzi elektrik keçirənlər (S) sadə cisimlərdir (P)
Dördüncü fiqur: qanunları birinci fiqurun qanunları ilə eynidir.
Modusları: AAİ, AEE, EAO, EİO
Bütün kitlər(P) südəmərdir(M).
Heç bir südəmər(M) balıq deyil(S)
Heç bir balıq(S) kit deyil(P).
Dostları ilə paylaş: |