Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   34   35   36   37   38   39   40   41   ...   53
mühazirə-hamısı

               Deduktiv əqli nəticə 

Əqli nəticə elə təfəkkür formasıdır ki, onun vasitəsilə bir neçə sadə hökmdən yeni 

hökm alınır. Deduksiya da əqli nəticənin bir növüdür. Deduksiya elə bir əqli 

nəticədir ki, verilmiş predmet və hadisələrə əsaslanaraq yeni nəticə hasil edirik. 

Burada fikir ümumidən konkretə gedir.  Deduktiv əqli nəticənin ən çox işlədilən 

növü sadə qəti sillogizmlərdir. Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki 

hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır.  Sadə 

qəti sillogizmlər 3 hissədən ibarət olur. İki müqəddimə (böyük və kiçik 

müqəddimələr) və nəticə.  

11. Deduksiya mühakimələrin düzgün qurulması üçün mühüm vasitədir, idrak 

metodudur. Bu metoddan riyaziyyat və həndəsədə də istifadə olunur. 

 

Gerçəkliyin dərk olunması prosesində  biz yeni biliklər əldə edirik. Onların 



bəziləri xarici aləmin predmet və hadisələrinin hiss orqanlarına təsiri nəticısində 

bilavasitə  əldə  edilir;  lakin  biliklərin  böyük  hissəsini  biz  artıq  mövcud  olan 

biliklərdən  yeni  biliklərin  alınması  yolu  ilə  əlaqə  edirik.    Bu  biliklər  vasitəli 

biliklər adlanır. 

Hər hansı əqli nəticə müqəddimlərdən və nəticələrdən ibarətdir. Əqli nəticənin 

müqəddimləri başlanğıc hökmlərdir ki, onlardan yeni hökm alınır.nəticə məntiqi 

yolla müqəddimlərdən alınan yeni hökmdür. Məsələn,  



1. 

Azərbaycan  Respublikasında  mülkiyyət  toxunulmazdır  və  dövlət 

tərəfindən müdafiə olunur. 

2. 


Xüsusi  mülkiyyət  Azərbaycan  Respublikası  mülkiyyətinin  bir 

növüdür. 

3. 

Deməli  Azərbaycan Respublikasında xüsusi mülkiyyət toxunulmazdır 



və dövlət tərəfindən müdafiə olunur. 

Əqli nəticəni  analiz edərkən müqəddimlərin və nəticənin ayrılıqda biri  

digərinin altında yazılması bir qayda olaraq qəbul edilmişdir. 

Nəticə çıxarmaq qaydalarının ciddiliyinə görə əqli nəticənin bölgüsü ilə  

yanaşı olaraq müqəddimələrdə və nəticədə müxtəlif ümumilik dərəcəsini bildirən 

biliklər arasındakı əlaqənin xarakterinə görə əqli nəticəni aşağıdakı 3 növə ayırmaq 

olar: Deduktiv ( ümumi biliklərdən xüsusi biliklərə), induktiv ( xüsusi biliklərdən 

ümumi biliklərə) əqli nəticə və analogia üzrə (ümumi biliyə, ümumi biliklərə) əqli 

nəticə buna traduktiv əqli nəticə də deyirlər.  

 

Əqli nəticənin bu təsnifatı sonrakı şərhin əsasını təşkil edəcəkdir.  



 

Deduktiv əqli nəticəni nəzərdən keçirək. 

 

Deduktiv əqli nəticədə ümumi bilikdən xüsusi biliyə keçid məntiqi zərurətdir.  



 

Bilavasitə əqli nəticədə hökmün kəmiyyəti dəyişdirilmir. Bu cür əqli nəticənin 

formaları aşağıdakılardan ibarətdir: 

1.  çevirmə 

2.  dəyişmə 

3.  qarşılaşdırma 

4.  məntiqi kvadrat üzrə əqli nəticə. 

 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin