Hikmət məntiqi yaxşı bi-lir, Çünki onun biliyi lazımı tələblərə cavab verir", yaxud
"Tələbə M. Hikmət məntiqi pis bilir".
Formal məntiqin qanunlarından heç biri ziddiyyət qanunu kimi kəskin tənqidə
məruz qalmamışdır. Bu tənqid onunla bağlıdır ki, bir çox məntiqçilərin zənnincə, bu
qanun guya dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanununu aradan
qaldırır, onunla ziddiyyət təşkil edir. Bəzi filosofların fikrincə, bu qanun
təfəkkürdəki ziddiyyətləri də aradan qaldırır, gerçəklikdəki ziddiyyətləri də inkar
edir. Məsələnin mahiyyəti heç də belə deyildir. Aydındır ki, ziddiyyətlər haqqında
təlim dialektikanın nüvəsidir, əksliklərin vəhdəti və mübarizəsi qanunu hər cür
hərəkət və inkişafın mənbəyidir. Ziddiyyətlər cürbəcürdür, onları eyniləşdirmək
yanlış fikirdir. Söhbət iki cür ziddiyyətdən (1. Real, 2. məntiqi) gedə bilər. Real
ziddiyyətlər inkişafın mənbəyi olan canlı həyatın və ya gerçəkliyin özündən
obyektiv surətdə irəli gələn ziddiyyətlərdir. Əməklə kapital, istehsalın ictimai
xarakterilə mənimsəmənin xüsusi forması arasındakı ziddiyyət realdır, şüur və
təfəkkürümüzdən asılı deyildir. Təfəkkürdə buraxılan səhvlər isə məntiqi
ziddiyyətlərə aiddir. Buna çox vaxt subyektiv, formal-məntiqi ziddiyyətlər də deyilir
ki, bunlar gerçəkliyin analoqu deyildir. Məntiqi ziddiyyətlər təfəkkürün inkişaf
qanunların pozulması nəticəsində yaranır, bunlar gerçəkliyin xassə və əlaqələrinin
beynimizdə inikası deyildir və sün'i səciyyə daşıyır. Bu qanun onu tələb edir ki,
gerçəkliyin dərkində insan yanlışlıqlara, səhvlərə yol verməməlidir, real həyatın
xassələrini, qanunauyğunluqlarını təfək-kürdə düzgün əks ctdirməlidir. İnsan canlı
həyatın ziddiyyətilə mühakimədəki ziddiyyəti (sözdəki uydurma ziddiyyəti)
fərqləndirməyi bacarmalıdır. Mühakimə prosesində məntiqi ziddiyyətlərə yol
verilərsə, onda insan gerçəkliyi dolğun əks etdirə bilməz. Düzgün məntiqi
mühakimə prosesində "nə iqtisadi, nə də siyasi təhlildə məntiqi ziddiyətə yol
verilməməlidir". Ancaq ziddiyyətsiz təfəkkür dialektik ziddiyyətləri düz-gün əks
etdirə bilər. Əgər fikirdə buraxılan ziddiyyətlər predmet və hadisələrə xas deyilsə,
onu məntiqi mühakimənin gedişində aradan qaldırmaq mümkündür.
Elmi ədəbiyyatda belə bir yanlış fikrə do rast gəlirik ki, guya məntiqi qanunlar
hadisələrə aiddir. Bu cür metafizik baxışların diqqətində duran əsas məsələ - real
ziddiyyətləri hər vəchlə inkar etməkdir. Əslində bu qanunlar təfəkkürün inkişafının
hər bir mərhələsində, hər bir elmi sistemin formalaşmasında məntiqi ziddiyyətlərə
yol verilməməsini tələb edir.
Dostları ilə paylaş: