Kaf-əsas qanunu
Kafi əsas qanun Kafi əsas qanun tələb edir ki, hər cür müddəa əsaslandırılsın.
Fikrin həqiqiliyi inam, etiqad kimi qəbul olunarsa, bu fikir əsaslandırılmış sayılmır.
İnsan adətən kafi əsas kimi aksiomalardan, postulatlardan, faktlardan, qanunlardan,
elmdə həqiqiliyi yoxlanılmış tərif və teoremlərdən istifadə edir.
Bu qanunu çox vaxt qısaca belə formulə edirlər: Hər bir sübut olunmuş fikrin kafi
əsası vardır. Bu prinsipə əməl olunmadıqda alınan müddəa boş sözçülükdən ibarət
olur. Bu qanunu məntiq elminə Leybnits gətirmişdir.
Kafi əsas qanunun qısa şərtləri
1- Hər cür fikir dəlilləşdirilməli və sübut olunmalıdır.
2-Hər bir müddəa,fikir o vaxt həqiqi, məntiqli hesab olunmalıdır ki, onun kafi əsası
olsun və gerçəkliyi olduğu kimi əks etdirsin.
3-Təfəkkür prosesində dolaşıq, məntiqsiz fikirlərə yol verilməməlidir
4-Təfəkkürün məntiqi qanunları qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir.
Dostları ilə paylaş: |