Müstəqim sübutun xarakterik cəhəti ondan ibarətdir ki, teszisin həqiqiliyi
Bilavasitə sübutun iki növü vardır:
1) apoqopik (yunanca”apoqoqe” sözündən olub mənası “nəticə” deməkdir) dolayı
sübut
2) təqsimi dolayı sübut.
Təqsimi dolayı sübut o zaman tətbiq olunur ki, sübut olunan tezis alternativlər
sırasına daxil olur.
Təkzib əvvəllər irəli sürülmüş tezisin yalanlığını və ya əsassızlığını müəyyən
edən məntiqi əməliyyatdır. Təkzibdə gətirilən tezisin yalanlığı sübut olunur. Sübut
prosesində hər hansı bir fikrin , müddəanın doğruluğu əsaslandırılırsa, təkzibdə
əksinə, gətirilən teszisin yalan olduğu sübut olunur.
Tezis təkzib prosesində yalanlığı əsaslandırılan müddəadır, hökmdür. Dəlillər isə
tezisi təkzib etmək məqsədilə gətirilən hökmdür. Nümayiş (təkzibin forması)
təkzibin quruluşununməntiqi formasıdır.
Müəyyən tezis irəlisürən və onu müdafiə edən diskussiya iştirakçısı proponent,
etirazla çıxış edən opponent adlanır.
Təkzib əməliyyatı əvvəlki sübutun ləğv olunmasına istiqamətləndirmişdir, onu
tənqidi çıxışın məqsədindən asılı olaraq o aşağıdakı üş\ç üsulla yerinə yetirilə bilər.
1. tezisin təkzibi
2. dəlillərin təkzibi
3. nümayişin təkzibi
1) Tezisin təkzibi tənqidi gücünə görə ən çox səmərəli məntiqi əməliyyat olub
məqsədi proponent tərəfindən irəli sürülən tezisin əsassızlığını(yalanlığını)
göstərməkdən ibarətdir.Tezisin təkzibi müstəqim və dolayı ola bilər.
Dostları ilə paylaş: