Mövzu Məntiq elminin predmeti


Mövzu-13-14. Sübut və Təkzib



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   45   46   47   48   49   50   51   52   53
mühazirə-hamısı

 

Mövzu-13-14. Sübut və Təkzib

 

                        Plan : 

1.  Sübut və əqidə  

2.  Sübutun strukturu 

3.  Sübutun növləri 

4.  Təkzib 

5.  Sübut və təkzibin səmərəliliyini təmin edən qaydalar 

6.  Sübut və təkzib  prosesində yol verilən məntiqi səhvlər 

 

Elmi idrakın xüsusiyyəti ondan ibarətdir ki, yeni nəticələr  əsaslandırmaq üçün 



məntiqi  yoxlamaya  davam  gətirirsə,  həqiqət  kimi  qəbul  olunur,  konkret  elmlərin 

empirik və nəzəri fundamentibə daxil olur, sübut olunmuş və ya yoxlanmış hesab 

edilir. 

Həqiqi  hökmlərin  əsaslandırılmasının  mexanizmi  məntiq  elminin  sübut 

nəzəriyyəsi bölməsində aydınlaşdırlır. Sübut doğruluğu həqiqi hökmlərin köməyi 

ilə  praktikada  yoxlanmış  hər  hansı  hökmün  həqiqiliyini  əsaslandıran  məntiqi 

əməliyyatdır. 

Aristotel deyirdi ki, insanlar hər hansı bir şeyə o zaman inanırlar ki, onlara 

sübut  olunmuş  bir  şey  təqdim  olunmuş  olsun.  O  göstərirdi  ki,  sübut  etməyi 

bacarmaq insanın xarakter əlamətidir. 

Praktika  göstərir  ki,  fikir  mübadiləsi  prosesində  insanlar  ətraf  aləmə  və 

özünün fəaliyyəti haqqındakı hökmləri və məfhumları passiv  olaraq qavramır və 

onları  bir-birinə mexaniki  sürətdə çatdırmır. 

Çoxəsirlik təcrübə insanlarda birdəfəlik belə bir inam yaratmışdır ki, əsaslılıq, 

sübutluluq  düzgün  təfəkkürün  zəruri  xüsusiyyətidir.  O  bizim  şüurumuzda 



obyektiv  gerçəkliyin  ən  vacib  qanunauyğunluqlarının,  predmet  və  hadisələrin 

qarşılıqlı əlaqə və münasibətlərinin beynimizdə inkasıdır. 

“Sübut olunmuş fikir” termini çox zaman “elmi” təfəkkürlə sinonim kimi çıxış 

edir.  


Yeni ideyaların doğruluğunu başqalarına nüfuzun gücü ilə, psixaloji təsirlə və 

ya gözəl nitq məharəti ilə ardıcıl  və ciddi sübutla inandırmaq lazımdırş ideyalar 

sübut  olunduqda,  doğruluğu  praktikada  təsdiq  edildikdə  adamların  daxili 

inamına, əqidəsinə çevrilir. 

Məntiq  sübut  əməliyyatını  fikirlərin  konkret  məzmunundan  təcrid  olunaraq  

öyrənir. 

Sübut olunmuş mühakimə öz tərkibinə bir-biri ilə qarşılıqlı əlaqədar olan üç 

elementi daxil edir: tezis, dəlil, nümayiş. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin