Bu tab-vərəqin əmrləri Word sənədlərinə yeni obyekt, o cümlədən cədvəl, şəkil, diaqram, simvol, düstur daxil etmək, həmçinin mətnin səhifələrinin nömrələnməsi, səhifələrə sərlövhələrin (təkrarlanan yazıların) əlavə edilməsi və s. əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur.
. Разметка страницы (Səhifə düzəni)
Разметка страницы (Səhifə düzəni) tab-vərəqi. Bura səhifənin parametrlərinin tənzimlənməsi, o cümlədən vərəqin kənarlarından məsafənin qoyulması, vərəqin ölçüsünün və istiqamətinin seçilməsi, mətnin sütunlara bölünməsi, səhifənin fonunun və sərhədinin, abzasların parametrlərinin tənzimlənməsi və s. əməliyyatlar daxildir.