Mövzu Müasir dövrdə ədəbiyyat müəlliminə verilən tələblər


Təşkilatçılıq qabiliyyətləri



Yüklə 31,55 Kb.
səhifə2/2
tarix17.12.2022
ölçüsü31,55 Kb.
#75887
1   2
Mövzu 1. Müasir dövrdə ədəbiyyat müəlliminə verilən tələblər

Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü göstərir.
2. Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək kimi onkret bacarıqlar daxildir.
3. Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
4. Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, valideynlər, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü
münasibət yarada bilməsində özünü göstərir.
5. Suqqestiv (təlqinedici) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
6. Tədqiqatçılıq qabiliyyəti. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
7.Elmi-idraki qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.


Bu qabiliyyətləri özündə əks etdirən ədəbiyyat müəlliminin vəzifələrini aşağıdakı kimi ümümiləşdirək:
- İlk növbədə ədəbiyyatı sevməli, ana dilini mükəmməl bilməlidir və bu dildə yazılan ədəbi irsi şagirdlərə təsiredici şəkildə çatdırmalıdır;
- Şagirdlərin psixologiyasına bələd olmalıdır ki, onlarla təmasda olduğu zaman müxtəlif psixoloji durumlarda necə hərəkət edəcəyini bilsin;
- Şagirdlərin müstəqil düşüncəsini inkişaf etdirmək üçün mövzuya uyğun təlim metodlarını seçməyi və nəticələri əvvəldən proqnozlaşdırmağı bacarmalıdır;
- Təlim metodlarından planlı şəkildə istifadə edərək, proqramı şagirdlərin istək və ehtiyaclarına uyğunlaşdırmalıdır;
- Tədqiqatçı olmalı, elmi təfəkkürə yiyələnməli, bədii mətni təhlil etməyi öyrətməli, şagirdlərin bədii qavrayışını, nitqini tədqiq etməli, yaranan məsələlərin həlli üçün fərziyyələr irəli sürməli, eksperimental iş aparmalı, elmi ədəbiyyatdan istifadə etməli, təcrübəni mənimsəməlidir.
- Daim öz üzərində çalışmalı, yeni texnologiyaları mənimsəməli, həm ənənəvi, həm də klassik təlim metodlarını öyrənməlidir;
- Şagirdlərlə ünsiyyət qurmağı bacarmalı, onların, ədəbi bacarıqlarını inkişaf etdirmək üçün səmərəli yollar axtarmalıdır;
- Şagirdlərin yazılı və şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirməlidir;
- Ədəbiyyat müəllimi öz peşə borcunu keyfiyyətlə icra etmək üçün idarəedicilik və təşkilatçılıq bacarıqlarna yiyələnməli və həmişə məsuliyyət hiss etməlidir.
Yüklə 31,55 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin