5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı Bakı, 2011,2015 6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010 7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011 8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005 9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün
Fonetika haqqında ümumi məlumat və fonetika tədrisinin əsas məqsədi.
Dilçilik elminin tədrisi, adətən, fonetikadan başlayır. Fonetika dilin səs tərkibi haqqında elmdir. «Fone» yunan sözü olub səs, səda mənasını verir. Deməli, fonetika danışıq səsləri haqqında elmdir. Fonetika səs və hərfləri öyrənən elm sahəsidir.
İbtidai siniflərdə də fonetik anlayışların öyrədilməsinə səs və hərf haqqında məluümatın verilməsi ilə başlanır. Əlifba təlimi dövründə şagirdlər heca, səs, hərf, sait və sammit kimi terminlərlə tanış olur. Bir sıra fonetik vərdişlər qazanırlar. II-III siniflərdə bir sıra orfoqrafik – orfoepik biliklər əldə edirlər.
Fonetika bəhsinin tədrisində əsas məqsəd aşağıdakılardır:
Azərbaycan əlifbası haqqında şagirdlərə məlumat vermək
Danışıq səslərinin xüsusiyyətlərini – səslərin sait və sammit olması, qalın və incəliyi bildirməsi, kar və cingiltili işlənməsini, qoşa sait və qoşa samitin yanaşı gəlməsini şagirdlərə mənimsətmək.
Heca, vurğu, ahəng qanunu və s. öyrətmək.
Uşaqlarda orfoepik və orfoqrafik vərdişlər yaradılmasına nail olmaq və s.
Fonetik məlumatın öyrədilməsi, səs və hərf anlayışının verilməsi ilə başlanır. Bu dövrdə şagirdlər bəzi fonetik termin və hadisələrlə tanış olur. Onlara sait və samitləri, dodaqlanan və dodaqlanmayan saitləri, kar və cingiltili samitləri fərqləndirmək öyrədilir. Bu prosesdə orfoqrafik vərdişlərin aşılanması üçün orfoqrafik və orfoepik cədvəllərdən istifadə edilməsi məsləhət görülür.
Heca anlayışı da təlimin ilk mərhələsində verilir, şagirdlər hecanın tərkibi və quruluşu ilə tanış olurlar. Bu anlayış oxu və yazı texnikasının öyrədilməsində kömək göstərir.
Şagirdlər vurğu ilə praktik şəkildə II sinifdə, Ahəng qanunu haqqında sistemli işlə III sinifdə tanış olurlar. Hər iki mövzu şagirdlərin nitqinin və orfoqrafik vərdişlərinin inkişafına şərait yaradır. Fonetika üzrə praktik vərdişlər şifahi və yazılı nitqdə özünü göstərən dialektizmlərin aradan qaldırılmasında da şüurluluğu təmin edir.