Qrammatikanın tədrisi metodları içərisində ən geniş yayılanı qrammatik təhlildir. Qrammatik təhlildə məqsəd şagirdlərin qrammatik biliklərini artırmaq, şifahi və yazılı nitqdən istifadə etmək üçün onlarda vərdişlər yaratmaq, onlara orfoqrafiya və durğu işarələrindən vərdişlər qazandırmaqdır.
Qrammatik təhlilin ən çox istifadə olunan növlərindən biri morfoloji təhlildir. Morfoloji təhlilin aparılma qaydası aşağıdakı kimidir:
A) sözün tərkibinə görə:
Sözü kök və şəkilçiyə ayırmaq;
Şəkilçilərin özlərini bir-birindən təcrid etmək;
Şəiklçilərin vəzifələrini göstərmək;
Sözün quruluşunu demək;
B) Nitq hissələrinə görə:
Sözü nitq hissəsi kimi aydınlaşdırmaq;
Sözün nitq hissəsi kimi qəbul etdiyi şəkilçinin növünü izah etmək.
Morfoloji təhlil üçün seçilən cümlənin həcmi II sinifdə 4, III sinifdə 6, IV sinifdə 9 sözdən artıq olmamalıdır.
MÖVZU:11 Sintaksis. Söz birləşməsi və cümlə mövzusunun tədrisi. Cümlənin baş və ikinci dərəcəli üzvlərinin tədrisi .Sadə və mürəkkəb cümlələrin tədrisi. Cümlənin intonasiyaya görə növlərinin tədrisi.
Plan «Söz birləşməsi» və «Cümlə» mövzularının öyrədilmə metodikası. Cümlə üzvlərinə aid anlayışların öyrədilmə metodikası.
b)Cümlənin intonasiyaya görə növlərinin tədrisi ƏDƏBİYYAT 1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997. 2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977. 3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962. 4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.