Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə45/71
tarix22.04.2023
ölçüsü302,66 Kb.
#101636
1   ...   41   42   43   44   45   46   47   48   ...   71
M?vzu m?asir t?lim formalar?,i? ?sullar? v? texnikalar? plan 1

4. Dil qaydaları
4.1. Şagird zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Səs və hərfi adlandırır və onları fərqləndirir.
4.1.2. Sait və samit səsləri tanıyır.
4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır.
4.1.4. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.5. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.6. Tək və cəm anlayışlarını nümunələrlə izah edir.
4.1.7. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
4.1.8. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.9. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.

MÖVZU :9
İBTİDAİ SİNİFLƏRDƏ FONETİK ƏSASLARIN ÖYRƏDİLMƏ METODİKASI

Plan

  1. Fonetika təliminin məqsəd və vəzifələri

  2. Fonetik dərslərin təşkili və ona verilən tələblər

  3. Fonetik çalışmalar

  4. Fonetik təhlil


1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.
3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.
4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.
5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010
7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün

Azərbaycan dili fənninin elmi materialı çox geniş və müxtəlifdir. Buraya fonetika, morfologiya, sintaksis, leksika, orfoqrafiya, orfoepiya, durğu işarələri və s. Kimi bir sıra bölmələr daxildir.


Qrammatika sözlərin dəyişməsi və cümlədə birləşməsi haqqında elm olmaqla dilə səlislik, mənalılıq verir. Bu baxımdan şagirdlərin nitqinin inkişafının tədrisi böyük əhəmiyyətə malikdir.
İbtidai siniflərdə qrammatikanın tədrisi sadə olmaqla praktik xarakter daşıyır və qarşısına şagirdlərə bitkin biliklər vermək məqsədi qoymur, lakin bu ilkin kurs şagirdləri dilimizin qrammatik quruluşu ilə tanış edir, onları sistematik qrammatika kursunu mənimsəməyə hazırlayır.
Qrammatikadan ibtidai kurs uşaqlarda dilin əsas elementlərinə, şüurlu münasibətin yaranmasına kömək edən məlumatların verilməsini nəzərdə tutur. Kursa dilimizin fonetika sahəsi də daxil edilmişdir.
«Fonetika» bölməsində şagirdlər səs, hərf, sait, samit, qalın, incə, dodaqlanan, dodaqlanmayan saitlər, cingiltili və kar samitlər, vurğu, ahəng qanunu, əlifba və s. dair anlayişlar öyrənirlər.
Morfologiyada sözlərin morfoloji quruluşu, kök və şəkilçi, sözdüzəldici və sözdəyişdirici şəkilçilər, nitq hissələri (isim, sifət, əvəzlik, fel) onların əmələ gəlməsi, sualları, qrammatik əlamətləri və s. əhatə edilir.
«Sintaksis» bəhsində şagirdlər cümlədə sözlərarasında əlaqə, cümlə qurmaq, onu genişləndirmək, sadə və mürəkkəb cümləni təhlil etmək, cümlənin intonasiyaya görə növlərini fərqləndirmək, onları tərtib etmək və s. Həmçinin də cümlə üzvləri: baş və II dərəcəli üzvlərə aid sadə bilik, bacarıq və vərdişlərə yiyələnirlər.
Bu baxımdan, şagirdlərin nitqinin inkişafında qrammatika tədrisinin mühüm əhəmiyyəti vardır. Qrammatikanın tədrisi prosesində şagirdlər tutuşdurma, sistemləşdirmə, sübutetmə, əqli nəticəçıxarma və s. kimi keyfiyyətlərə yiyələnirlər. Nəticə etibarilə onların məntiqi təfəkkürü, nitqinin inkişafı və ümumi inkişafı təmin edilir.
2.Qrammatika tədrisinin təşkili və ona verilən tələblər
Qrammatik materialın xarakteri, qarşıya qoyulmuş məqsəd və təlim metodlarından asılı olaraq dərsin tipləri müxtəlif olur. Dərsləri yeni materialın izah olunmasına, qazanılmış biliklərin möhkəmlənməsinə – şagirdlərdə bacarıq və vərdişlərin yaranmasına, öyrənilmiş materialın təkrarlanması və sistemə salınmasına; bilik, bacarıq və vərdişlərin hesaba alınmasına; şagirdlər tərəfindən yerinə yetirilmiş yazı işlərinin təhlilinə görə tiplərə ayırırlar. Lakin əslində onların heç biri saf olmur və hər bir tipdə digərinin elementlərindən istifadə olunur.
Dərsin quruluşu haqqında mülahizələr də müxtəlifdir. Əlbəttə ki, quruluş dərsin növündən asılıdır. Məsələn, yeni biliyin izahına həsr olunmuş dərsdə başlanğıcı təşkili, keçmiş dərsdə öyrənilmişlərin yoxlanması, dərsin vəzifələrinin qoyulması, yeni mövzunun izahı, təhlili və möhkəmləndirilməsi, dərsin yekunlaşdırılması və ev tapşırıqlarının verilməsi nəzərdə tutulur. Təkrar dərsdə sinfin –başlanğıcın təşkili, vəzifənin qoyulması, keçilmiş materialın təkrarı, təkrarın yekunlandırılması və tapşırıq mərhələləri olur.
İndi qrammatik materialın tədrisinə həsr edilmiş, kombinə edilmiş dərsin mərhələlərinə nəzər salaq:

  1. Ev tapşırıqlarının yoxlanması:

Bu mərhələdə ev tapşırıqlarının yerinə yetirilməsi həm kəmiyyətcə, həm də sual və sorğuların köməyi ilə keyfiyyətinə görə yoxlanılır. Bu zaman şagirdlərin ev tapşırığını müstəqil yerinə yetirib-yetirmədiyi də aşkar edilir. Onlar müstəqil misal söyləyir, öyrənilmiş qaydanın şüurlu mənimsənilməsini onun tətbiqi ilə tədqiq edirlər.
Ev tapşırğıının yoxlanılması şifahi və yazılı frontal və fərdi aparıla bilər.
2. Yeni mövzunun elan olunması.
Bu mərhələdə yeni mövzu elan olunur. Dərsin tədrisi qarşısında qoyulmuş vəzifələr, həmçinin də təlimedici, tərbiyələndirici və inkişafetdirici vəzifələr sadalanır. Həmin iş şagirdlərin diqqətini dərsdə öyrənəcəkləri məsələlərə yönəldir.
3. Yeni materialın izahı.
Maddi aləmin dərk edilməsi prosesi canlı şeydən başlayır. Şagirdlərin təlim materialını mənimsəmə, dərk etmə fəaliyyətidə, şübhəsiz, seyr və ya müşahidədən başlanır. Onlar müəllimin rəhbərliyi altında təqdim olunmuş mətn üzərində müşahidə aparır, lazımi faktları seçib, onlara sual verir, həmin faktlar əsasında nəticə çıxarır, ümumiləşdirmə apaprır, nəhayət, qayda üzərində düşünürlər. Bundan sonra dərslikdəki müvafiq qayda oxunur, mahiyyəti aydınlaşdırılır.
4. Yeni materialın möhkəmləndirilməsi.
Bu məqsədlə dərslikdəki çalışmalar üzrə iş aparılır. Çalışmalardan birinin müəllimin rəhbərliyi ilə şifahi yerinə yetirilməsi daha münasib sayılır. Bu işdən sonra şagirdlərin daha çox müstəqilliyini təmin edən yazılı çalışmanın verilməsi məsləhət görülür. Çalışmaların icrası prosesində müəllim işə nəzarət edir, partaların arası ilə gəzərək yazılara diqqət yetirir, seçmə yolu ilə çalışmaların necə icra edildiyini yoxlayır. Əgər uşaq mövzunu mənimsəmişsə, tapşırığı düzgün yerinə yetirəcək.
5.Ev tapşırığının verilməsi.
Evdə yerinə yetiriləcək iş mütləq şagirdlərə başa salınmalıdır. Tapşırığın yerinə yetirilmə qaydası aydınlaşdırılmalı, lazım gələrsə nümunə də göstərilməlidir. Ev tapşırığı şagirdlərə aydın olmalı, həm də onların fəallıq və müstəqilliyi təmin edliməlidir.
Dərsin yekunlaşdırılması.
Şagirdlər nəzəri və praktik cəhətdən nəyi öyrəndiklərini bildirirlər. Sinif müəllimi də şagirdlərin danışıqlarını yekunlaşdırır.
Ümumiyyətlə, dərsin hər bir hissəsi mövzu və məqsəddən asılı olaraq müxtəlif cür təşkil edilir.
Hər bir şagirdi fəallaşdırmaq, dərsdə yaradıcı iştirakını təmin etmək, problem qarşısında qoymaq, düşündürmək, müstəqil fəaliyyətə cəlb etmək müasir tələbləri ödəyən şərtlərdəndir.

Qrammatika dərslərinin təşkilinə verilən tələblər aşağıdakılardır:
1. Hər bir dərs fəaliyyətləndirici xarakterə malik olmalıdır.
2. Hər bir dərs inkişafetdirici olmalıdır.
3. Yeni qrammatik material məlum biliklər əsasında, onlara istinadən verilməlidir.
4. Dərsdə rəngarəng çalışmalardan istifadə edilməlidir.
5. Dərsdə fərdiləşməyə nail olunmalıdır.
6. Hər bir dərs də əvvəllər keçilmişlər təkrarlanmalıdır.
7. Dərsdə vaxta qənaət edilməlidir.
8. Dərsdə eyni materialın bir neçə şagirddən eynilə xəbər alınmasına, ev tapşırığının bütün şagirdlərdən müfəssəl soruşulmasına yol verilməməlidir.



  1. Yüklə 302,66 Kb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin