Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


müdafiə kəşfiyyatının təşkili və aparılması



Yüklə 0,67 Mb.
səhifə64/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   70
müdafiə kəşfiyyatının təşkili və aparılması.


Mühazirənin planı.
1. Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yaradılması təyinatı, təminatı və fəaliyyəti
2. Mülki müdafiə kəşfiyyatının növləri Mülki müdafiə kəşfiyyatının: ümumi və xüsusi kəşfiyyat
3. Təbii fəlakət rayonunda və texnogen qəzalar zamanı kəşfiyyatın ümumi vəzifələri. Mühəndis kəşfiyyatı.
4. Radioasiya və kimyəvi kəşfyyatın təşkili və aparılması üsulları


1. Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yaradılması təyinatı, təminatı və fəaliyyəti
MM qüvvələri MM-nin qoşun hissələrindən, ştatlı qəza xilasetmə dəstələrindən, hərbiləşməmiş MM dəstələrindən, həmçinin nazirliklərin baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi MM-nin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
MM qüvvələri FH-ın nəticələrini aradan qaldırarkən XvəDTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də MM üzrə başqa vəzifələri icra etmək üçündür. MM qüvvələrinin əsasını hərbiləşdirilməmiş dəstələr təşkil edir. Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş ümumi və xüsusi MM dəstələri bilavasitə həmin orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir. MM dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
MM dəstələri sülh dövründə Azərbaycan Respublikası hökumətinin müəyyən etdiyi qaydada, AR-nın, rayonların və şəhərlərin MM planlarına uyğun yaradılır, onların heyətinə səfərbərlik tapşırıqları olmayan müəssisələrin, təşkilatların və idarələrin işçiləri cəlb olunurlar.
Bundan başqa MM qüvvələrinə bütün səviyyəli MM xidmətlərinin ixtisaslaşdırılmış (hərbiləşdirilmiş və hərbiləşdirilməmiş) hissələri və bölmələri, həmçinin respublikanın MM üzrə vəzifələrə malik nazirliklərinin və baş idarələrinin müxtəlif ixtisaslaşdırılmış digər dəstələri də daxildirlər.
Hazırda qüvvədə olan normativ aktlara görə, MM dəstələri bütün rayonlarda, şəhərlərdə, yaşayış məntəqələrində, qəsəbələrdə, müəssisələrdə, kənd təsərrüfatı obyektlərində, habelə müvafiq baza olan hallarda – təşkilatlarda, idarələrdə və tədris müəssisələrində yaradılmalıdır. MM dəstələri adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar.
Hərbiləşməmiş MM dəstələrinə AR-nın vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. I – II qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
MM dəstələri tabeliyinə və məqsədinə görə ərazi dəstələriobyekt MM dəstələrinə bölünürlər.
Yerinə yetirdikləri vəzifələrinə görə - obyektlərdə ümumi məqsədli MM dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır. Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) - ümumi məqsədli dəstələr sayılır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin