Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Dinc və müharibə dövrlərində əhalinin köçürülməsinin prinsipləri



Yüklə 0,67 Mb.
səhifə60/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   70
2. Dinc və müharibə dövrlərində əhalinin köçürülməsinin prinsipləri.
Əhalinin köçürülməsi istehsalat- ərazi prinsipi üzrə təşkil edilir.İstehsalat prinsipi –fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali və orta ixtisas məktəbləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.
Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar.Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür. Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə ,yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında səfərbərlik vəsiqəsi olan şəxslərdən,eləcədə köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür. Qismən köçürmə zamanı isə əmək qabiliyyəti olmayan ,habelə istehsalat və xidmət sahələrində işləməyən əhali köçürülür.
Əhalini köçürməyin əsas üsulu kombinasiyalı üsuldur,bu zaman adamların əksəriyyəti piyada ,bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrində təhlükəli zonadan dərhal çıxarılır. Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən pasport(vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış-köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən ,adamlar nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı məktəb, klub və başqa ictimai binalarda açılır. Müxtəlif əhali TKM –nə əvvəlcədən obyektlər üzrə təhkim edilir. TKM-nə gələn əhali burada qeydə alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar,piyada çıxarılacaq adamlar . Kombinasiyalı köçürmə zamanı avtobuslar, avtomobillər, qatarlarla yanaşı su nəqliyyatından da istifadə edilir .Dəmiryol nəqliyyatı vasitələrilə müharibə dövründə iri şəhərlərdə işini davam etdirən müəssisələrin işçiləri, uşaqlı qadınlar, qocalar, xəstələr,əlillər və s. aparılır.
Piyada surətdə köçürülən şəxslərdən ibarət dəstələr (piyada kolonnaları) edilir .Belə dəstələr adətən TKM-ri yaxınlığında düzəldilir. Yürüşü daha yaxşı təşkil etmək məqsədilə dəstələr 20-30 nəfərlik qruplara ayrlır.Piyada hərəkət edən adamların istirahəti üçün dincəlmə müddətləri nəzərdə tutulur . İstirahət üçün qısa dincəlmə (10-15 dəq) hər 1,0-1,5saat yürüşdən sonra ,uzun istirahət (1-2 saat) yolun 2-ci yarısında təşkil edilir. Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər. Köçürmə üzrə qəbuletmə məntəqələrinin işçiləri gətirilən əhalinin qarşılanmasını ,qeydə alınmasını və yerləşdirilməsini təşkil edir. Köçürmə zamanı ən lazımi şeyləri –paltar, ayaqqabı, alt paltarı,yataq ləvazimatı götürürlər.
Hərbi dövrdə dərəcəli şəhərlərdən, onların rayonlarından və xalq təsərrüfatı obyektlərindən köçürülən əhalinin yerləşdiriləcəyi təhlükəsiz rayonlar və ya yaşayış məntəqələri əvvəlcədən təyin edilir, Köçürülən əhali yerləşdiriləcək rayonlar və oraya gedən marşrutlar AR-sı FHN-yi tərəfindən bu şəhərin (rayonların) icra hakimiyyəti başçıları ilə birlikdə dəqiqləşdirilir və hərbi komandanlıq orqanları ilə əvvəlcədən razılaşdırılır. Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə olarkən köçürmə işləri adətən iki mərhələdə yerinə yetirilir: əhali əvvəlcə zədələyici amillərin təsir zonasının hüdudlarına çıxarılır; sonra isə təhlükəsiz rayonlardakı yerləşdirmə məntəqələrinə aparılır. Bu dövrdə həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də görülür.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin